Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq (dövlətlərarası) müqavilələr mülki hüququn
mənbə növlərindən biri kimi qəbul edilir və tanınır. Müasir dünya təsərrüfatının obyektiv surətdə beynəlmiləl-
ləşdirilməsi prosesi gedir. Bu, dövlətlərarası çoxtərəfli iqtisadi münasibətlərin yeni səviyyədə qurulmasını tələb
edir. Bundan əlavə, Azərbaycan Respublikasında iqtisadiyyat bazar münasibətləri əsasında inkişaf edir, təsərrü-
fat münasibətləri bazar prinsipləri və qaydaları özərində qurulur. Bunlar ölkəmizin dünya təsərrüfat sistemi ilə
inteqrasiya proseslərinin güclənməsini tələb edir. Bu cür şəraitdə isə dövlətlərarası münasibətlərin hüquqi rəs-
miləşdirmə vasitəsi kimi beynəlxalq müqavilələrin rolu artır. Həmin sənədlərin beynəlxalq iqtisadi münasibətlər
reæimi müəyyən etməkdə əhəmiyyəti böyükdür.
Azərbaycan Respublikası xarici dövlətlərlə müxtəlif xarakterli və məzmunlu müqavilələr bağlayır. Bu müqa-
vilələr ölkəmizin qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Onlar mülki hüququn mənbəyi rolun-
da çıxış edir. Həmin sənədlər mənbə növü kimi nəzərə alınır.
Müasir əmlak (mülki) dövriyyəsində hüququn mənbəyi kimi adətlərin rolu artır. Adətlər sosial normaların
ə
n qədim növlərindən biridir. Dövlətəqədərki cəmiyyətdə, yəni icma quruluşu şəraitində münasibətlər əsasən
onların vasitəsi ilə tənzimlənirdi.
Sosialist dövlətlərində hüququn mənbəyi kimi adətlərdən bəzi hallarda istifadə edilirdi. Sovet mülki hüququ
onları hüququn mənbəyi kimi qəbul etmirdi və tanımırdı. Onlar hüququn mənbəyi kimi, demək olar ki, hər han-
sı rola malik deyildi. Lakin adətlər öz rolunu bütünlüklə itirməmişdi. Sovet mülki qanunvericiliyi bəzi məqam-
larda adətlərə əhəmiyyət verir və onları nəzərə alırdı. Məsələn, Azərbaycan Respublikasının köhnə 1964-cü il
MM-in 160-cı maddəsində göstərilirdi ki, qanunda, plan aktında, yaxud müqavilədə sair hal nəzərdə tutulmaz-
sa, öhdəlik adi tələblərə uyüun olaraq icra edilməlidir. «Adi tələblər» mahiyyətcə, hüquqi adətləri ifadə edirdi.
Müasir dövrdə komanda (sovet) iqtisadiyyatından bazar iqtisadiyyatına keçilməsi və əmlak dövriyyəsinin
canlanması adətlərin rolunu yenidən artırmışdır. Bunu nəzərə alaraq Azərbaycan Respublikasının mülki hüququ
adətlərə hüququn mənbə növlərindən biri kimi əhəmiyyət verir. Mülki qanunvericilik bir çox hallarda münasi-
bətlərin adətlərlə tənzimlənməsi və nizama salınması barədə göstəriş ifadə edir.
Beləliklə, əmlak dövriyyəsində tətbiq edilən adətlər mülki hüququn mənbə növlərindən biridir. Bu, həm ro-
man-german, həm də ingilis-amerikan hüquq ailəsi ənənələrinə uyüundur. Belə ki, həmin ailələr (sistemlər)
adətləri hüququn mənbəyi hesab edir.
Hüquqi presedent (latınca praecedentis - əvvəlki, qabaqcadan gələn) müasir dünyada hüququn nisbətən geniş
yayılmış mənbə növlərindən biridir. Hüquqi presedent dedikdə, dövlətin ümumi məcburi qüvvə və əhəmiyyət
verdiyi dövlət orqanlarının elə qərarları başa düşülür ki, bu qərarlar sonrakı konkret analoci işlərə baxılması za-
manı nümunə (qayda) kimi tətbiq olunur. Bunun əsas mahiyyəti ondan ibarətdir ki, konkret iş özrə dövlət orqa-
nının əvvəllər çıxardığı qərar sonradan analoci (oxşar) işlər həll edilərkən hüquq norması qüvvəsinə (ümumi
məcburi qüvvəyə) malik olur. Hüquqi presedentin köməyi ilə hər hansı bir analoci (oxşar) fakt və ya hal təsdiq
19
oluna və ya izah edilə bilər.
Hüquqi presedent qədim Roma hüququna da məlum idi. Belə ki, qədim Romada oxşar işlərə baxıldıqda pre-
torların və digər magistrlərin qərarları məcburi sayılırdı. Roma hüququnun bir çox institutları presedent əsasın-
da yaranmışdır.
Hüquqi presedentin iki növü fərqləndirilir: məhkəmə presedenti; inzibati presedent. Məhkəmə presedenti
odur ki, o, konkret iş özrə məhkəmə orqanının əvvəllər çıxardığı qərarın sonrakı oxşar (analoci) işlərin həlli za-
manı tətbiq edilməsini nəzərdə tutur. Inzibati presedentin mahiyyəti isə ondan ibarətdir ki, konkret iş özrə
dövlət inzibati orqanının əvvəllər çıxardığı qərar sonradan oxşar işlərin həlli zamanı məcburi hüquq norması
qüvvəsinə malik olur.
Hüquqi presedent ingilis-amerikan hüquq ailəsində hüququn əsas və başlıca mənbəyi hesab edilir. Hüququn
mənbəyi kimi o, Büyük Britaniya, ABŞ, Kanada və Avstraliya hüququnda nisbətən daha geniş yayılmışdır. Bu
ölkələrin hüquq sistemində hüquqi presedent qanunvericilik aktı qüvvəsinə malikdir. Presedent hüququnun və-
təni Büyük Britaniyadır.
Hazırkı dövrdə Büyük Britaniya məhkəmələri hüquq normaları yaradır. Məhkəmə qərarlarında müəyyən edi-
lən qaydalar, məcburi xarakterli normalar kimi sonralar da tətbiq edilir. Beləliklə, hüquqi presedent ingilis-ame-
rikan hüquq ailəsində qanunlara nisbətən əsas, başlıca və həlledici hüquq mənbəyi kimi dəstəklənir, qəbul edilir
və tanınır.
Sovet hüquq elmi hüquq presedentini hüququn mənbəyi kimi qəbul etməmişdi. Rəsmi sovet doktrinası belə
hesab etmişdir ki, presedent hüququn mükəmməl mənbəyi ola bilməz və onun əsas rolu təfsir prosesində hüquq
normalarını konkretləşdirməkdən, qanunun mənasını izah etməkdən ibarətdir.
Roman-german (kontinental) hüquq ailəsində hüququn mənbəyi kimi presedentin statusu qeyri-müəyyən və
daxilən ziddiyyətlidir. Belə ki, bu ailəyə daxil olan bir qrup ölkələrdə presedent hüququn mənbəyi kimi tanınır
və ondan geniş surətdə istifadə edilir, digər qrup ölkələrdə isə presedent hüququn mənbəyi sayılmır və olduqca
məhdud dairədə tətbiq olunur. Məsələn, Ispaniyada məhkəmə presedentinin hüquq norması yaratmaq rolu rəsmi
surətdə tanınır. Isveçrədə presedent hüququn mənbəyi kimi rəsmən tanınır və qanunvericilik qaydasında təsdiq-
lənir. Almaniya, Danimarka, Italiya, Norveç, Finlandiya, Isveç, Hollandiya, Yunanıstan və digər roman-german
hüququ ölkələrində presedent hüququn mənbəyi kimi qanunvericilik qaydasında təsdiqlənmir və təmin edilmir,
yəni formal olaraq tanınmır, lakin faktiki cəhətdən müvcud olub tətbiq edilir.
Dostları ilə paylaş: |