maq, müavinət almaq hüququ verir.
6. Ölmüş elan edilmiş şəxsin gəlməsinin hüquqi nəticələri
Qeyd etdik ki, fiziki şəxsin ölmüş elan edilməsi fiziki şəxsin ölüm faktına yox, yalnız onun ölməsi prezump-
siyasına (ehtimalına) əsaslanır. Bu hal isə ölmüş elan edilmiş şəxsin gəlməsi və ya onun olduüu yerin aşkar
edilməsi imkanını istisna etmir. Belə ki, ölmüş elan edilmiş şəxs gələ və ya onun olduüu yer aşkar edilə bilər.
Belə halda həmin şəxsin özü və ya digər maraqlı şəxslərdən biri ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə
ə
rizəyə baxaraq yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduüu qətnaməni ləğv edir.
Qətnamə VVADQ orqanına göndərilir. Bu qətnamənin əsasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı
kitabında şəxsin ölməsi barədə qeyd ləğv edilir. Həmin hal müəyyən hüquqi nəticəyə səbəb olur. Özü də dərhal
qeyd edirik ki, ölmüş elan edilmiş şəxs gəldikdə onun mülki hüquq qabiliyyətini bərpa etmək lazım gəlmir
Dostları ilə paylaş: |