Hüquq institutu mənasında hüquqi şəxs dedikdə, hüquqi şəxslərin hüquq subyektliyini, bu subyektliyin
həyata keçirilməsi üsullarını və qaydasını, hüquqi şəxslərin yaradılmasını, yenidən təşkil olunmasını və ləğv
edilməsini, habelə onların ayrı-ayrı təşkilati-hüquqi formalarının xüsusiyyətlərini müəyyənləşdirən mülki hüquq
normalarının məcmusu başa düşülür. O, Azərbaycan Respublikasının mülki hüququnun əsas və başlıca institut-
larından biri hesab edilir. Hüquqi şəxs institutuna daxil olan hüquq normaları əsasən Mülki Məcəllədə yerləşdi-
rilmişdir. Bu məcəllənin 4-cü fəslində (43-119-cu maddələrdə) ifadə olunan normalar hüquqi şəxs kateqoriyası-
na həsr edilmişdir. Həmin maddələrdə hüquqi şəxsin anlayışı və növləri, onun mülki hüquq subyektliyi (hüquq
qabiliyyəti, fəaliyyət qabiliyyəti, delikt qabiliyyəti), hüquqi şəxsin yaradılması, yenidən təşkil edilməsi haqqın-
da, habelə digər məsələlər barədə müddəalar ifadə olunmuşdur.
Hüquqi şəxslər barədə normalar digər normativ hüquqi aktlarda da əks edilir. Söhbət hər şeydən əvvəl,
Azərbaycan Respublikasının qanunlarından gedir. «Dini etiqad azadlıüı haqqında» (1992), «Əmtəə biræası haq-
qında» (1994) «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» (2003) və digər qanunlarda
hüquqi şəxslərə aid edilən kifayət qədər mülki hüquq normaları ifadə olunmuşdur. Hüquqi şəxslərə toxunan
normalara qanun qüvvəli aktlarda da rast gəlmək olar. Məsələn, prezidentin 19 may 1998-ci il tarixli fərmanı ilə
təsdiq edilmiş Əsasnamə hüquqi şəxslərin bir növü olan səhmdar cəmiyyətlərinə aiddir.
Dostları ilə paylaş: |