ları və hüquqi göstərişlər əsasında xüsusi qaydada əmələ gəlir, yenidən təşkil olunur və ləğv edilir. Onlar
hüquq əsasında yaranan konstruksiyadır (latınca constructio - qurüu, quruluş). Hüquqi şəxslərin qeyri-təbii, süni
qurumlar olması bəzi xarici ölkələrin qanunvericiliyində (məsələn, ×ilinin MM-in 545-ci maddəsində, Ekvadorun
MM-in 583-cü maddəsində və s.) birbaşa göstərilmişdir.
Hüquqi şəxs konstruksiyasının genezisi — əmələ gəlməsinin tarixi kökləri qədim zamanlarla bağlıdır. Hələ
Roma xüsusi hüququ dövründə əmlak münasibətlərində fiziki şəxslərdən başqa, onların birlikləri və qrupları da
subyekt rolunda çıxış edirdilər. Həmin dövrdə Roma hüquqşünasları tərəfindən hüquqi şəxslərin yaradılması
ideyası mözakirə olunurdu. Marsian, Alfen, Ulpian və digər tanınmış hüquqşünasların sivilist fikirlərində bu
ideya əsaslandırılırdı. Amma hüquqi şəxslərin Romanın iqtisadi həyatındakı əhəmiyyəti böyük deyildi. Hətta
Roma təsərrüfatının nisbətən inkişaf etdiyi, beynəlxalq ticarətin daha da canlandığı bir dövrdə hüquqi şəxslər
mühüm rol oynaya bilməmişdir. Əsasən natural xarakter daşıyan təsərrüfat şəraitində ayrı cür də ola bilməzdi.
Hətta Roma xüsusi hüququna «hüquqi şəxs» termininin özü də məlum deyildi. Roma hüquqşünasları tərəfindən
hüquqi şəxs anlayışı işlənib hazırlanmamışdı. Onlar yalnız hüququn (əmlakın) fiziki şəxslərin yaratdıqları bir-
liklərə məxsus olması faktını etiraf etməklə kifayətlənirdilər.
Lakin bunlara baxmayaraq, necə olursa-olsun, hüquqi şəxs ideyasının və konstruksiyasının yaradılması Ro-
ma xüsusi hüququnun mühüm xidmətlərindən biridir. Hüquqi şəxs anlayışı ilk dəfə olaraq məhz Roma hüququ
tərəfindən yaradılmış və yeni xalqların hüququ tərəfindən qəbul edilmişdir. Qədim Roma hüquqşünaslarının si-
vilist fikirlərində xarici ölkələrin mülki hüquq nəzəriyyəsində və doktrinasında yaranmış «hüquqi şəxs nəzəriy-
yəsi» adlı konsepsiyanın rüşeymini görmək olur. Bu fikirlərin XIX əsrdə alman və fransız sivilistikasında hü-
Dostları ilə paylaş: |