Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə56/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   52   53   54   55   56   57   58   59   ...   1820
2. Qanunlar (qanunvericilik aktları) mülki qanunvericilik 

sisteminin əsas tərkib hissəsi (elementi) kimi  

Qanun müasir qabaqcıl, mütərəqqi, demokratik və inkişaf etmiş dövlətlərin əsas və başlıca normativ hüquqi 

aktıdır. Hələ XX əsrin əvvəllərində tanınmış rus sivilist alimi G.F.Şerşeneviç yazırdı ki, indiki vaxtda bütün si-

vil xalqların hamısı hüququn mənbəyi (forması) kimi qanuna üstünlük verirlər. Qanun hüququn digər mənbələ-

rini (formalarını) tamamilə arxa plana keçirmişdir. Normal cəmiyyətin hamı üçün məcburi olan davranış qayda-

sı yaratmaq imkanı məhz qanunvericilik fəaliyyətində ifadə olunur. K.Marks belə hesab edirdi ki, qanunlar kül-

liyyatı azadlıq bibliyasıdır.  

Qədim Roma hüququ qanunları (leges) hüququn əsas mənbəyi hesab edirdi. O, yazılı hüququn əsası sayılır-

dı. Roma tarixçisi Tit Livi XII cədvəl qanunlarını bütün ümumi və xüsusi hüququn mənbəyi sayırdı. 

Həyatın sonrakı inkişafı hüququn mənbə növləri arasında qanunları birinci yerə çıxardı. 

Qanunlar roman-german hüquq ailəsi ölkələrində hüququn əsas və mühüm mənbə növü kimi tanınır. Onlar 

normativ aktların başında durur. Həmin ölkələrdə «yazılı hüquq» normaları müəyyən iyerarxiya sistemi halında 

birləşir. Daha doürusu, qanunlar bütün roman-german hüquq ailəsinin «skeletini», həmin ailəyə daxil olan bü-

tün ölkələrin milli qanunvericiliyinin əsasını və bünövrəsini təşkil edir. 

Ingilis-amerikan hüquq ailəsi ölkələrində, presedentlə bərabər, qanunlar hüququn əsas mənbələrindən biri ki-

mi çıxış edir. Onlar hüququn mənbələri arasında vacib yer tutur. Ingiltərə və Kanadada onları statut (statute), 

digər əksər ölkələrdə isə sadəcə olaraq qanun adlandırırlar.  

Azərbaycan  Respublikasında  qanunlar  vacib  normativ  hüquqi  akt  kimi  mülki  qanunvericilik  sistemində 

başlıca və əsas yer tuturlar. Onların bu sistemdə aparıcı rola malik olması bir sıra amillərlə bağlıdır. Birincisi, 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin