Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə64/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   60   61   62   63   64   65   66   67   ...   1820
MM-in xüsusi hissəsində ayrı-ayrı xüsusi xarakterli münasibətləri tənzimləyən maddələr birləşdirilmişdir. 

Buraya müqavilə öhdəliklərinin ayrı-ayrı növlərini (alqı-satqı, kirayə, icarə, bağışlama, dəyişmə, podrat, tapşı-

rıq, komissiya, sığorta, kredit, borc, əvəzsiz istifadə, bank əmanəti, bank hesabı və s. müqavilələrdən əmələ gə-

lən öhdəlikləri), birtərəfli hərəkətlərdən (əqdlərdən) əmələ gələn öhdəlikləri (xüsusi mükafatlandırma, tapşırıq-

sız fəaliyyət, müsabiqə, oyunların və mərclərin keçirilməsi ilə bağlı öhdəlikləri), habelə müqavilədənkənar (hü-

quqqoruyucu) öhdəlikləri (delikt və ya zərər vurmaq nəticəsində əmələ gələn öhdəlikləri və əsassız varlanma 

öhdəliyini) nizama salan maddələr daxildir.  

Mülki Məcəllənin xüsusi hissəsi özündə vərəsəlik münasibətlərini qaydaya salan maddələri də birləşdirmiş-

dir. Bu maddələrdə mülki hüququn əsas anlayışlarından biri olan vərəsəlik hüququna aid qaydalar ifadə olun-

muşdur.  

Qiymətli kaüızlar haqqında müddəaları əks etdirən maddələr də xüsusi hissəyə daxil edilmişdir. Bu, qanun-

vericinin qüsurlarından biridir. Ona görə ki, mülki hüququn obyektləri ümumi xarakterli məsələdir və bu ob-

yektlər  barədə  normalar  mülki  hüququn  ümumi  hissəsinə  şamil  olunur.  Qiymətli  kaüızlar  isə  mülki  hüququn 

obyekt növlərindən biridir. Ona görə də təklif edirik ki, qiymətli kaüızlar barədə müddəaları əks etdirən maddə-

lər MM-in ümumi hissəsində yerləşdirilsin.  

MM-in sistemini (strukturunu) nəzərdən keçirdikdə görürük ki, o, mülki hüququn bütün institutları haqqında 

müddəaları özündə əks etdirməmişdir. Məsələn, mülki hüququn əsas institutlarından biri olan müəlliflik hüququ 

və əlaqəli hüquqlar institutu, fərdiləşdirmə vasitələri institutu və s. MM-də ifadə olunmamışdır. Deməli, mülki 

hüququn sistemi ilə MM-in sistemi arasında uyüunsuzluq, döz gəlməmə, üst-üstə düşməmə halı yaranmışdır. 

Bunun həm obyektiv, həm də subyektiv səbəbləri vardır. Həmin hal müasir sivilistikanın problemlərindən biri-

dir. Bütün mülki hüquq institutları və  ya bu institutların əksəriyyəti barədə müddəaları əks etdirən maddələri 

MM-in sisteminə daxil etməklə qanunverici bu problemi həll etməlidir. Bu, müasir məcəllələşdirmənin qarşı-

sında duran məsələlərdən biridir. 

Beləliklə, Mülki Məcəllə dedikdə elə bir sahəvi məcəllələşdirilmiş qanunvericilik aktı başa düşülür ki, 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin