və başlıca vəzifəsi (funksiyası) isə bazar təsərrüfatı şəraitində ölkə ərazisində mülki hüquq subyektlərinin əm-
lak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləməkdən (tənzimləyici funksiya), onların hüquq və qanuni
mənafelərini müdafiə etməkdən, fiziki şəxslərin şərəfini, ləyaqətini, işgözar nüfuzunu qorumaqdan (qoruyucu
funksiya) ibarətdir. O, demək olar ki, mülki hüququn predmetinə daxil olan bütün münasibətlərin tənzimlənmə-
sinə yönələn nisbətən vacib və prinsipial əhəmiyyətli müddəaları təsbit edir.
Mülki Məcəllənin əsas vəzifələrindən biri sahibkarlıq fəaliyyətini dəstəkləməkdən ibarətdir. Burada sahib-
karlıq fəaliyyətinə anlayış verilir, bu sahədə münasibətlərin tənzimlənməsinə həsr olunan bir sıra normalar ifadə
edilir. O, azad sahibkarlıq fəaliyyətinin inkişafını təmin etmək məqsədi güdür.
Qeyd etdik ki, MM mülki qanunvericilik sistemində mərkəzi və xüsusi yer tutur. O, mülki qanunvericiliyin
özək, təməl və bünövrə aktıdır. Ona görə ki, burada əmlak (mülki) dövriyyəsi üçün normativ bazanın əsası qo-
yulmuşdur. MM Konstitusiya qanunları istisna olmaqla, bütün digər qanunlara (yəni adi, cari qanunlara) müna-
sibətdə «bərabərlər arasında birinci» yer tutur. Bu, o deməkdir ki, məjəllə mülki qanunlar arasında ən yüksək
hüquqi qüvvəyə malikdir. Özündə mülki hüquq normaları ifadə edən bütün qanunlar, o cümlədən mülki yönüm-
lü qanunlar (mülki qanunlar) MM-ə uyüun gəlməli və ona zidd olmamalıdır. Əgər MM-də və mülki qanunlarda
ifadə olunan normalar arasında ziddiyyət (kolliziya) yaranarsa, onda hüquqtətbiqetmə orqanı MM normalarına
üstünlük verir, yəni müvafiq hüquqi məsələni həll etmək üçün bu normalardan istifadə edir.
Yeni Mülki Məcəllə özünün daxili strukturuna malikdir. Onun strukturu müəyyən dərəcədə mülki hüququn
obyektiv olaraq müvcud olan sisteminə əsaslanır. Bununla belə, mülki hüququn sistemi ilə MM-in sistemi
Dostları ilə paylaş: |