yektiv olaraq müvcud olan sisteminə əsaslanır.
Ə
vvəllər də qeyd etdiyimiz kimi, fəlsəfi planda əgər mülki hüququn sistemi mülki hüquq adlı hüquqi hadisə-
nin məzmunudursa, onda mülki qanunvericilik sistemi, o cümlədən MM-in sistemi bu hadisənin təzahür, ifadə
formasıdır.
Fəlsəfi kateqoriyalar olan məzmun və forma bir-biri ilə vəhdətdədir. Lakin onların vəhdətində məzmun əsas
və aparıcı yer tutur. Bu, onu ifadə edir ki, mülki qanunvericilik sistemi, o cümlədən MM-in sistemi (strukturu)
mülki hüququn sistemi ilə şərtlənir və ona əsaslanır. Əgər MM-in strukturu mülki hüququn sistemi özrə qurul-
malıdırsa, onda nə üçün əşya hüququ və öhdəlik hüququ MM-in ümumi hissəsinə daxil edilməlidir? Axı, əşya
hüququ və və öhdəlik hüququ mülki hüququn ümumi hissəsinə yox, onun xüsusi hissəsinə aiddir. Dözdür, mül-
ki hüququn xüsusi hissəsi anlayışını işlətmək dəb deyil. Xüsusi hissə əvəzinə, mülki hüququn yarımsahələri ka-
teqoriyasından istifadə olunur. Ona görə də təklif edirik ki, qanunverici əşya hüququnu və öhdəlik hüququnun
ümumi hissəsini MM-in xüsusi hissəsində yerləşdirsin.
Dostları ilə paylaş: |