Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə67/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   63   64   65   66   67   68   69   70   ...   1820
Qanun qüvvəli normativ hüquqi aktlar dedikdə, prezident fərmanları və hökumət qərarları başa düşülür. 

Onların mülki qanunvericilik sistemində müəyyən rolu vardır. Özlərində mülki hüquq normaları ifadə edən bu 

aktlar qanunlarla yanaşı, əmlak (mülki) dövriyyəsini müəyyənləşdirir və qaydaya salır. 

Qanun qüvvəli aktlar spesifik tənzimləmə və nizamasalma funksiyasını yerinə yetirir. Bu aktlarda əks olunan 

hüquq normaları çox vaxt qanunlardakı hüquqi göstərişləri və müddəaları konkretləşdirir. Bundan əlavə, elə qa-

nunlar var ki, onlar digər hüquqi aktlara birbaşa istinad edilməsi haqqında qayda nəzərdə tutur. Burada söhbət 

qanun qüvvəli normativ aktlara əsaslanmaqdan gedir. Belə halda müvafiq münasibətlər bilavasitə həmin aktlar-

la tənzimlənməlidir. Dediklərimiz belə bir nəticəyə gəlməyə əsas verir ki, əmlak dövriyyəsini hüquqi cəhətdən 

rəsmiləşdirməkdə və təmin etməkdə qanun qüvvəli aktların müəyyən rolu və əhəmiyyəti vardır.  

Mülki  qanunvericilik  sisteminə  daxil  olan  qanun  qüvvəli  normativ  aktlar  içərisində  prezident  fərmanları 

xüsusi rol oynayır və aparıcı yer tutur. O, həmin aktlar arasında ən yüksək hüquqi qüvvəyə malikdir. Prezident 

fərmanları prezident hakimiyyəti aktları da adlanır. Bu aktlar prinsip etibarilə icra xarakteri daşıyır. Özü də 

dərhal qeyd etməliyik ki, yalnız prezidentin normativ fərmanları mülki hüquq normaları yarada və bununla 

mülki hüququn mənbəyi kimi çıxış edə bilər. Prezidentin hüquqtətbiqetmə fərmanları (məsələn, vəzifəyə tə-

yin edilməsi, fəxri ad verilməsi və s.) idarəçiliyin konkret məsələləri haqqında qəbul edilir və fərdi-birdəfəlik 

xarakter daşıyır. Bu fərmanlar özlərində hüquq norması ifadə etmir. Dövlət idarəçiliyinin müxtəlif operativ mə-

sələləri barəsində qəbul edilən prezident sərəncamları (ehtiyat fondundan regionlara vəsait ayrılması barədə, 

müavinətlər barədə) da özündə hüquq norması əks etdirmir. Bu sərəncamlar normativ xarakterə malik deyil.  

Prezidentin hüquqtətbiqetmə fərmanları və qeyri-normativ sərəncamlarından fərqli olaraq onun qəbul etdiyi 

normativ fərmanlar ictimai həyatın müxtəlif məsələlərini tənzimləyir, özündə mülki hüquq normaları ifadə edir 

və beləliklə, mülki hüququn mənbəyi kimi çıxış edir. Onlar ümumi məcburi təbiətə malikdir. Prezident xüsusilə 

iqtisadiyyat sahəsində münasibətləri tənzimləmək üçün çoxlu fərmanlar verir. Onun özəlləşdirmə, sahibkarlıq 

fəaliyyəti, investisiyalar, qiymətli kaüızlar və digər məsələlər barəsində müxtəlif cür fərmanlar qəbul etdiyinin 

ş

ahidi  olmuşuq.  Bəzən  bu  fərmanlar  müxtəlif  məzmunlu  siyahıların,  əsasnamələrin,  proqramların  təsdiqi  ilə 



müşayiət edilir. Məsələn, prezidentin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə «Bəzi fəaliyyət növlərinə xüsusi 

razılıq  (lisenziya)  verilməsi  qaydalarının  təkmilləşdirilməsi  haqqında»,  24  iyun  1997-ci  il  tarixli  fərmanı  ilə 

«Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıüa dövlət köməyi Proqramı (1997-2000-ci illər)», 19 de-

kabr 1997-ci il tarixli fərmanı ilə «Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması 

qaydaları haqqında Əsasnamə», 19 may 1998-ci il tarixli fərmanı ilə «Dövlət mülkiyyətinin özəlləşdirilməsi za-

manı yaradılan açıq tipli səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı və qeydiyyatı haqqında Əsasnamə», 28 

sentyabr 1998-ci il tarixli fərmanla «Investisiya müsabiqəsi haqqında Əsasnamə» və s. təsdiq olunmuşdur. 

Dövlət əmlakının icarəyə verilmə mexanizmini təkmilləşdirmək və ondan effektli istifadə olunmasını təmin 

etmək həmişə prezident fərmanlarının diqqət mərkəzində olmuşdur. Bu məqsədlə prezident 6 sentyabr 1997-ci 

il tarixində «Icarə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında» fərman qəbul et-




 

30 


mişdir. Bu fərmanın icarə münasibətlərini tənzimləməkdə əhəmiyyəti böyükdür.  

Özəlləşdirmə  münasibətlərinin  nizama  salınmasında  prezident  fərmanları  müəyyən  rola  malikdir.  Bu  fər-

manlar təsərrüfat subyektləri üçün bazar iqtisadiyyatı mühitinin yaradılması, xalq təsərrüfatı strukturunun bazar 

iqtisadiyyatının tələblərinə uyüun olaraq yenidən qurulması, iqtisadi prosesə bütün növ istifadə olunmamış ehti-

yatların  cəlb  edilməsi  və  digər  məsələlərin  həllinə  tənzimləyici  təsir  göstərir.  Prezident  bu  məqsədlə  qanunla 

onun səlahiyyətinə aid edilən müəssisə və obyektlərin özəlləşdirilməsi barədə qərarlar qəbul edir. Məsələn, 2 

dekabr 1997-ci tarixli «Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında» pre-

zident fərmanı özəlləşdirmə prosesinə toxunur. 

Bu fərmanların özəlləşdirmə zamanı yaranmış borc münasibətlərinin qaydaya salınmasında da rolu böyük-

dür. Məsələn, prezidentin 13 dekabr 1997-ci il tarixli «Dövlət mülkiyyətinin özəlləşdirilməsi nəticəsində təşki-

lati-hüquqi formasını dəyişmiş müəssisələrin vaxtında ödənilməmiş borclarının ödənilməsi haqqında» fərmanı 

bu münasibətləri tənzimləmək məqsədini güdür.  

Prezidentin  normativ  fərmanları  qanunlara  və  MM-ə  uyüun  olmalıdır.  Əgər  onlar  qanunlara  (o  cümlədən, 

MM-ə) zidd olarsa, onda qanunlar tətbiq edilir. Ona görə ki, mülki qanunvericiliyin iyerarxiya sistemində prezi-

dent fərmanları qanunlardan sonra yer tutur və buna görə də nisbətən aşaüı hüquqi qüvvəyə malikdir.  

Qanun qüvvəli aktların digər növü hökumət qərarlarıdır. Hökumət qərarları Nazirlər Kabinetinin qəbul et-

diyi normativ aktlardır. Həmin aktlar qərar formasında verilir. Bu qərarlar normativ olub, ümumməcburi xa-

rakter daşıyır. Nazirlər Kabineti özünün qərarlarını prezident fərmanlarının kontekstində qəbul edir. O, iqtisadi-

sosial inkişafın daha konkret məsələlərini tənzimləməyə və nizama salmaüa yönəlir. Həmin qərarlar özlərində 

mülki hüquq normaları ifadə edərsə, onlar mülki qanunvericilik sisteminə daxil olur və mülki hüququn mənbəyi 

kimi çıxış edir. Bir qayda olaraq, hökumət qərarları özündən nisbətən daha yuxarı hüquqi qüvvəyə malik olan 

normativ aktların (xüsusən də prezident fərmanlarının) əsasında və onların icrası məqsədilə qəbul edilir. 

Hökumət qərarları öz məzmununa görə çox vacib münasibətləri, o cümlədən mülki münasibətləri operativ 

surətdə tənzimləyir. Özündə mülki hüquq normaları ifadə edən hökumət qərarlarına misal olaraq «Vergi tutul-

malı olan müəlliflik haqqı məbləülərinin alınması ilə bağlı xərclərin sənədli təsdiqi olmadıqda, bu xərclərin mü-

ə

yyənləşdirilməsi qaydası haqqında» 10 avqust 1992-ci il tarixli qərarı, «Meşə təsərrüfatına dəymiş ziyana görə 



maddi məsuliyyətə cəlb edilməsi qaydaları haqqında» 27 dekabr 1993-cü il tarixli qərarı və digər qərarları gös-

tərmək olar.  

Bəzi hallarda prezident fərmanları kimi hökumət qərarları da müxtəlif qaydaların, nizamnamələrin, əsasna-

mələrin təsdiq edilməsi ilə müşayiət edilir. Məsələn, onun 6 mart 2000-ci il tarixli qərarı ilə «Ixtiraların, faydalı 

modellərin və sənaye nümunələrinin patentləşməsi, əmtəə nişanlarının və xidmət nişanlarının qeydiyyata alın-

ması və mühafizə sənədlərinin qüvvədə saxlanılması üçün rüsum alınması qaydaları» və s. təsdiq edilmişdir.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin