Təlimatlara gəldikdə isə qeyd etmək lazımdır ki, onlar ictimai münasibətlərin müxtəlif sahəsini tənzim edir
və həmişə normativ məzmuna malik olur. Bu cür təlimatlar, bir qayda olaraq, nazirin əmri ilə təsdiq olunur.
Göstərilən təlimatlar, adətən, idarədaxili münasibətləri tənzimləyir. Buna görə onlara idarəvi normativ akt-
lar da deyilir. Onların mülki qanunvericiliyin iyerarxiya sisteminə daxil olan digər normativ aktlara nisbətən
aşaüı hüquqi qüvvəsi vardır. Buna görə də idarəvi normativ aktları qəbul edərkən mərkəzi icra hakimiyyəti or-
qanlarının idarə mənafeyi və maraqları nə qədər üstün olsa da, onlar daha yüksək hüquqi qüvvəsi olan başqa
normativ hüquqi aktların, yəni qanunların, prezident fərmanlarının və hökumət qərarlarının məzmununa uyüun
olmalıdır. Başqa sözlə desək, onlar iyerarxiya sistemində özündən yuxarı pillədə duran bütün normativ aktların
məzmununa zidd olmamalıdır. Belə halda idarəvi normativ aktların məzmununun qanuni olması özərində
Dostları ilə paylaş: |