Beynəlxalq hüququn prinsipləri dedikdə, beynəlxalq hüquq subyektləri tərəfindən rəhbər tutulan elə dav-
ranış qaydaları başa düşülür ki, bu prinsiplər beynəlxalq təcrübə nəticəsində yaranır və hüququn əsasları kimi
çıxış edir. Onlar beynəlxalq hüququn təməlini və bünövrəsini təşkil edir. Özü də beynəlxalq hüququn prinsipləri
məcburi xarakter daşıyır. Bu, o deməkdir ki, beynəlxalq hüququn bütün subyektləri öz fəaliyyətində həmin
prinsiplərə dönmədən əməl etməlidirlər. Onlar həm də universal xarakterli prinsiplərdir.
Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri bir çox beynəlxalq hüquqi sənədlərdə təsbit edilmiş-
dir. Bu prinsiplər, hər şeydən əvvəl, universal beynəlxalq aktda — BMT-nin Nizamnaməsində, Baş Məclisin
qətnamə və bəyannamələrində, digər təşkilatların beynəlxalq hüquq qaydalarının ən qlobal və ümumi məsələlə-
ri özrə qəbul etdikləri sənədlərdə ifadə olunmuşdur. Onlar bir çox beynəlxalq aktlarda inkişaf etdirilmişdir. Bu
aktlar içərisində BMT Baş Məclisi tərəfindən qəbul edilmiş «Beynəlxalq hüququn prinsipləri haqqında Bəyan-
namə (1970) və «Avropada Təhlükəsizlik və Əməkdaşlıq haqqında Müşavirənin Yekun Aktı» (1975) xüsusi yer
tutur.
Beynəlxalq hüququn dövlətin öz xarici iqtisadi əlaqələrinin təşkili formasını seçmək müstəqilliyi kimi
prinsipi mülki hüquq üçün müəyyən əhəmiyyətə malikdir. Belə ki, bu prinsip mülki hüququn subyektlərindən
biri olan dövlətin xarici (beynəlxalq) əmlak dövriyyəsində hüquqi vəziyyətini müəyyən etməyə imkan verir.
Həmin prinsip «Dövlətlərin iqtisadi hüquq və vəzifələri Xartiyası»nda (1974) formulə edilmişdir. Xartiyanın
dördüncü maddəsində göstərilir ki, beynəlxalq ticarəti və iqtisadi əməkdaşlıüın digər formalarını həyata keçirər-
kən hər bir dövlət xarici iqtisadi münasibətlərin təşkili formalarını seçməyi və beynəlxalq iqtisadi əməkdaşlıq
sazişləri bağlamaüı özləri sərbəst olaraq həll edir.
Dostları ilə paylaş: |