Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş və beynəlxalq hüquq
normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.
Azərbaycan Respublikasının dünya təsərrüfat sisteminə daha sıx inteqrasiya olunması, bütövlükdə xarici iq-
tisadi əlaqələrin (o cümlədən xarici ticarətin) sərbəstləşdirilməsi, «açıq qapı» siyasətinin həyata keçirilməsi, öl-
kə iqtisadiyyatının dünya iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi və dünya ölkələrinin beynəlxalq iqtisadi
inteqrasiyasının güclənməsi şəraitində beynəlxalq hüququn hamılıqla qəbul edilmiş (ümumtanınmış) prinsip və
normaları hüququn, o cümlədən mülki hüququn mənbəyi kimi tanınır».
Dostları ilə paylaş: |