ki hüququn mənbəyi kimi tanınmır və qəbul edilmir. Ona görə ki, əxlaq normaları mülki hüquq normaları
kimi dövlət tərəfindən yaradılmır və ümumməcburi xarakterə malik deyil. Onlar xüsusi aktlarda — rəsmi dövlət
aktlarında (qanunlarda, fərmanlarda, qərarlarda və s.) ifadə olunmur. Onlar insanların şüurunda əks olunur. Əx-
laq normaları cəmiyyətdə xeyir və şər, dözlük, pislik, vicdan, ədalət, şərəf haqqında insanların təsəvvürləri əsa-
sında yaranır, cəmiyyət özvləri tərəfindən dərk edildikdən və tanındıqdan sonra əhəmiyyət kəsb edir. Lakin bu-
radan belə bir nəticə çıxarmaq olmaz ki, əxlaq normalarının mülki qanunvericilik üçün rolu yoxdur.
Aydın bir həqiqətdir ki, mülki qanunvericilik əxlaqa əsaslanır və ona söykənir. Əxlaq normaları olmadan
mülki qanunvericiliyin müvcudluüunu adam təsəvvürünə belə gətirə bilmir. O, sözün əsl mənasında, mülki qa-
nunvericiliyin etalonu, məhək daşıdır. Ona görə ki, əxlaqa əsaslanan qanunvericilik aktlarının nüfuzu sonsuz
dərəcədə böyükdür. Elə bil ki, mülki qanunvericilik, necə deyərlər, əxlaqdan yoürulmuşdur.
36
Ə
xlaq qayda və prinsipləri mülki hüquq normalarının yaradılmasına fəal təsir göstərir. Heç kəsə sirr deyildir
ki, mülki hüquq normaları yaradarkən dövlətin hüquqyaratma orqanları (qanunverici) əxlaq normalarını nəzərə
alır. Təsadüfi deyildir ki, hüququ çox vaxt əxlaqı, onun norma və prinsiplərini hüquqi rəsmiləşdirmə vasitəsi ki-
mi təsəvvür edirlər. Hələ qədim Roma hüquqşünasları hüququ xeyir və ədalət sənəti adlandırırdılar.
Mülki qanunvericilik sisteminə daxil olan normativ akt əxlaq qayda və prinsiplərini möhkəmləndirdikdə,
Dostları ilə paylaş: |