həmin qayda və prinsiplər ümumməcburi xarakterə malik olub, hüquq normasına çevrilir. Bununla onlar
mülki hüququn mənbəyi kimi çıxış edirlər. Məsələn, vicdanlı olmaq əxlaq normasıdır. Vicdan insanın öz-özünə
qiymət vermə, öz-özü özərində nəzarət etmə, öz-özünü mühakimə etmək qabiliyyətidir. Kant vicdanı «insanın
daxili qanunvericiliyi» kimi təsəvvür edirdi. O, yazırdı ki, bizim öz içimizdə fəaliyyət göstərən və yaşayan qa-
nuna vicdan deyilir; vicdan bizim əməllərimizə həmin qanunun münasibəti deməkdir. Qədim filosof Siseron
vicdana insanın əsas zinət və yaraşıüı kimi baxırdı. Vicdan bizim daxilimizdəki əxlaq qanunudur. O, əxlaq im-
peratividir. Mülki Məcəllə bu cür əxlaq normasını 425-ci maddəsində möhkəmləndirmişdir: öhdəliyi icra etdik-
ləri vaxt subyektlər vicdanlı olmalıdırlar. MM-in 157-ci maddəsi özgəsinin qanunsuz sahibliyinə vicdan kimi
ə
xlaq imperativindən yanaşır: vicdansız sahiblik; vicdanlı sahiblik; vicdansız sahib, vicdanlı sahib; vicdanlı əl-
də edən; vicdansız əldə edən. Yalnız daşınar əşyaya beş il vijdanla sahiblik edən şəxs əldə etmə müddəti qayda-
sında həmin əşyaya mülkiyyət hüququ əldə edə bilər (MM-in 181-ci maddəsinin 4-cü bəndi). Yalnız vijdanlı əl-
də edən ani müddət qaydasında daşınar əşyanın mülkiyyətzisi ola bilər (MM-in 181-ci maddəsinin 1-ci bəndi).
Anjaq vijdanlı sahib özgəsinin əşyasından gütürdüyü faydanın (bəhərin) əvəzini ödəmir (MM-in 157-ci maddə-
sinin 5-ci bəndi).
Mülki Məcəllənin bir çox maddələrini nəzərdən keçirdikdə bizə məlum olur ki, bu maddələrin məzmun və
mahiyyətinə əxlaq normaları necə sirayət və nüfuz etmişdir. Həmin maddələr müxtəlif xarakterli bu cür əxlaq
qaydalarını ifadə edir: dözgün ol; öz özərinə götürdüyün öhdəliyi lazımınca yerinə yetir; vəzifənin icrasını ge-
cikdirmə; aldatma, zorakılıq, hədə təsiri altında, uydurma və yalan əqd bağlama; tapdığın əşyanın sahibinə qay-
tar və s. Məsələn, itirilmiş əşyanı tapan şəxs, onun mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi mə-
lum deyilsə, polisə dərhal xəbər verməli və həmin əşyanı qaytarmalıdır (MM-in 186-cı maddəsinin 1-ci bəndi).
Bu maddənin əsasını təmizlik və dözlük barədə əxlaq imperativi təşkil edir. Bu əxlaq imperativi həmin maddədə
hüquqi cəhətdən möhkəmləndirilmiş və mülki hüquq normasına çevrilmişdir.
Ə
xlaq normaları təkcə hüquq normalarının yaradılmasına yox, həm də bu normaların tətbiqinə və həyata ke-
çirilməsinə fəal təsir göstərir. Bu normaların mülki qanunvericiliyin məna və məzmununun aydınlaşdırılmasın-
da əhəmiyyəti böyükdür. Əxlaq qayda və prinsiplərinin mülki hüquq normalarının dözgün tətbiq edilməsində
mühüm rolu vardır. Onlar konkret mülki hüquqi məsələlərin həlli zamanı hüquqtətbiqetmə orqanlarına lazım və
gərək olur. ×ox vaxt həmin məsələlərin dözgün hüquqi həlli əxlaq normalarının nə dərəcədə nəzərə alınmasın-
dan asılı olur. Ona görə də hüquqtətbiqetmə orqanlarının iş stollarının üstündə təkcə hüquqi məcəllə yox, həm
də «Əxlaq Məcəlləsi» olmalıdır. Məsələn, vətəndaş kənd sakininin minik avtomobilini oüurlayır. O, vicdansız
ə
ldə edəndir (sahibdir). O, avtomobilə ondan ayrıla bilməyən yaxşılaşdırmalar edir. Avtomobilin mülkiyyətçisi
avtomobilin vətəndaşda olmasını öyrənir və onu qanunsuz sahiblikdən tələb edir. Belə halda vətəndaş minik avto-
mobilini yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilərmi? Bu məsələni MM-in
157-ci maddəsi tənzimləmir. Ona görə də onun dözgün hüquqi həllini tapmaq üçün əxlaq normasından istifadə
olunur. Belə ki, vətəndaş vicdanlı olmaq kimi əxlaq normasını pozduüuna görə, qeyri-əxlaqi hərəkət etdiyi özün
mülkiyyətçidən çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilməz.
Elə hallar yaranır ki, bu və ya digər mülki məsələni həll etmək üçün müvafiq norma, habelə oxşar məsələni
tənzimləyən norma olmur. Bu cür məqamlarda həmin məsələni dözgün həll etmək üçün ədalət, insaf, mənəviy-
yat kimi əxlaq kateqoriyaları əsas götürülür (MM-in 11-ci maddəsi). Mülki hüquq və əxlaq bir-birinə qarşılıqlı
təsir göstərirlər. Bu təsirin formulası belədir ki, əxlaq mülki hüquq normalarının pozulmasını tələb edə, mülki
hüquq normaları isə qeyri-əxlaqi əməlləri rəsmiləşdirə bilməz. Məsələn, mülki qanunvericilik əxlaq prinsipləri-
nə zidd olan ixtiranı, faydalı modeli və sənaye nümunəsini patentlə mühafizə etmir. Əxlaqa zidd ifadələrdən
ibarət nişanların əmtəə nişanı kimi qeydə alınmasını qanun qadaüan edir.
Dostları ilə paylaş: |