4. Mülki hüquq və əxlaq normaları
Ə
xlaq mühüm və vacib sosial institutdur. O, ictimai şüurun formalarından biridir. Əxlaq normaları
cəmiyyətdə insanların xeyir və şər, haqq və haqsızlıq, ədalət və ədalətsizlik, borc, şərəf, ləyaqət, vicdan, dözlük,
mənəvi təmizlik barədə əxlaqi təsəvvürlərinə uyüun olaraq müəyyən edilir. Hüquq normaları ilə birlikdə bu
normalar cəmiyyətin əsas və başlıca davranış qaydası kimi çıxış edir. Hələ qədim filosoflar (Platon, Demokrit,
Siseron, Aristotel) hüquq və əxlaq kimi iki məsələnin böyük əhəmiyyətə malik olmasını göstərirdilər.
Ə
xlaq və hüquq arasındakı münasibət mürəkkəb xarakter daşıyır. Hər şeydən əvvəl, onlar vahiddirlər. Bu, o
deməkdir ki, əxlaq və hüquq arasında onları birləşdirən ümumi cəhətlər vardır. Həm hüquq, həm də əxlaq eyni
məqsəd güdür və eyni vəzifə daşıyır: ictimai həyatı qaydaya salmaq, insan hüquqlarını müdafiə etmək, ədaləti
və humanizm ideallarını bərqərar etmək, xaosun, anarxiyanın, qarma-qarışıqlıüın, hərc-mərcliyin qarşısını al-
maq, qayda yaratmaq. Onların hər ikisi sosial normaların ayrı-ayrı növləridir. Bundan əlavə, həm hüququn, həm
də əxlaqın nizamasalma obyekti eynidir ki, bu, ictimai münasibətlərdən ibarətdir. Daha sonra hüquq və əxlaq
fəlsəfi planda iqtisadi amillərlə şərtlənən üstqurum kateqoriyalarıdır.
Hüquq cəmiyyətdəki əxlaqi-humanist idealların həyata keçirilmə vasitəsidir. O, hüquqi cəhətdən rəsmiləşdi-
rilən əxlaqdır. Hələ qədim zamanlarda Siseron yazırdı ki, hüququn əsas məqsədi əxlaqsızlıüın kökünü kəsib,
xeyiri bərqərar etməkdən ibarətdir.
Ə
xlaqla, xüsusən mülki hüquq arasında qarşılıqlı təsir daha dərindir. Ijtimai münasibətləri nizama salmaqda
onlar bir-birini dəstəkləyir. Ümumi məqsədə nail olmaqda onlar bir-birinə kömək və yardım edir.
Mülki hüquq türədilən hüquq pozuntusuna görə məsuliyyət nəzərdə tutur. Əxlaq da bu cür pozuntu törədil-
məsinə mənfi münasibət bəsləyir və onu pisləyir. Hüquq pozuntusuna qiymət verməkdə əxlaq və mülki hüquq
vahid mövqedən çıxış edir. Hegel göstərirdi ki, əxlaq, hər şeydən əvvəl, hüquqa əməl olunmasını tələb edir, əx-
laq qaydaları və normaları isə yalnız hüququn imkanları tükəndiyi hallarda işə düşür.
Ə
xlaqla mülki hüquq arasında nə qədər ümumi cəhətlər olsa da, əxlaq norma və qaydaları özlüyündə mül-
Dostları ilə paylaş: |