Hər şeydən əvvəl, normativ xarakterli aktlar və normativ hüquqi aktlar kimi iki anlayışı bir-birindən fərqlən-
dirmək lazımdır. Bunlar həmin aktları qəbul edən orqanlara görə fərqlənir. Belə ki, normativ xarakterli aktlar nə
ali qanunverici, nə ali icra-sərəncamverici, nə də ki mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir.
Həmin aktları qəbul edən subyektlər ya mərkəzi icra hakimiyyəti orqanları sırasına daxil edilməyən dövlət orqan-
ları (Konstitusiya Məhkəməsi, Milli Bank), ya da yerli orqanlardır. Yerli orqanlar dedikdə, yerli icra hakimiyyəti
Normativ xarakterli aktların dairəsi «Normativ-hüquqi aktlar haqqında» qanunun 3-cü maddəsi ilə müəyyən
37
edilir. Buraya daxildir:
●
Konstitusiya məhkəməsinin qərarları;
●
yerli icra hakimiyyəti orqanlarının qərarları;
●
yerli özünüidarə orqanlarının qərarları;
●
Milli Bankın qərarları.
Normativ-hüquqi aktlar kimi, normativ xarakterli aktlar da ümumməcburi göstərişlər ifadə edir, hüquq
Dostları ilə paylaş: