Microsoft Word mulki huquq doc


 Hüquqi şəxsin müflis olma n



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə567/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   563   564   565   566   567   568   569   570   ...   1820
7. Hüquqi şəxsin müflis olma nəticəsində ləğv edilməsi  

Mülki qanunvericilik müflis olmanı (müflisləşməni) hüquqi şəxsin ləğv edilməsinin xüsusi əsaslarından biri 

kimi  nəzərdə  tutur  (MM-in  59-cu  maddəsinin  4-cü,  5-ci  bəndləri,  63-cü  maddəsi).  Müflisləşmə  Azərbaycan 

Respublikasının  mülki  qanunvericiliyi  özün  yeni  və  «javan»  konstruksiyadır.  Bizim  ölkə  qanunvericiliyinə 

görə, müflisləşmə dedikdə, borclunun (sahibkar statuslu fiziki şəxsin və  borclu müəssisənin) öz ühdəliklərini 

ödəmə qabiliyyətinin olmaması başa düşülür. Deməli, müflisləşmə ödəmə qabiliyyətsizliyi deməkdir. Bu isə 

onu göstərir ki, «müflisləşmə» və «ödəmə qabiliyyətsizliyi» kimi iki anlayış arasında elə də prinsipial fərqlər 

yoxdur.  

Ödəmə qabiliyyətsizliyi hüquq institutu artıq xeyli müddətdir ki, bir sıra xarici dövlətlərin qanunvericiliyinə 

kifayət qədər məlumdur. Hələ 1877-ci ildə Almaniyada  flas Nizamnaməsi qəbul edilmişdi. Qeyd etmək lazım-

dır  ki,  XVI-XVII  əsrlərdə  ödəmə  qabiliyyətsizliyi  ağır  cinayət  hesab  olunurdu.  Ödəmə  qabiliyyəti  olmayan 

borclu cəzalandırılırdı. O, tamamilə bütün əmlakını, işgözar nüfuzunu,  bəzi hallarda isə  azadlığını da itirirdi. 

Borclu bundan sonra bir daha ticarət fəaliyyətini yenidən janlandırmaq imkanına malik olmurdu.  

Müasir dövrdə təcrübədə eyni bir hadisəni ifadə etmək özün «ödəmə qabiliyyətsizliyi» və «müflisləşmə» ki-

mi iki anlayışdan istifadə olunur. Bu cür tendensiya ingilis dilli ölkələrin qanunvericiliyinin və məhkəmə prak-

tikasının təsiri altında yaranmışdır. Göstərilən anlayışlar həmin ölkələrdə sinonim (eynimənalı) anlayışlar kimi 

işlədilir. 

Bəzi xarici dövlətlərin qanunvericiliyi «ödəmə qabiliyyətsizliyi» və «müflisləşmə» kimi anlayışları fərqlən-

dirir. Belə ki, «müflisləşmə» anlayışı «ödəmə qabiliyyətsizliyi»nin xüsusi halı kimi məhdud mənada işlədilir. 

Müflisləşmə dedikdə, borclunun təqsirli hərəkətləri ilə türədilən və cinayət cəzası ilə cəzalandırılan elə bir əməl 

başa düşülür ki, bunun nəticəsində kreditorlara zərər vurulur, ziyan dəyir. Başqa sözlə desək, müflisləşmə ödə-

mə qabiliyyətsizliyinin cinayət-hüquqi aspektidir. Bir sıra ölkələrdə müflisləşmə cinayət qanunvericiliyinə daxil 

edilmişdir.  

«Ödəmə qabiliyyətsizliyi» və «müflisləşmə» kimi iki anlayışı təxmini olaraq analociqaydada inqilabaqədərki 




 

178


rus hüququ da fərqləndirirdi. Ödəmə qabiliyyətsizliyi dedikdə, kreditorların tələblərini ödəmək özün borclunun 

ə

mlakının çatışmaması və kifayət etməməsi başa düşülürdü. Müflisləşmə isə ödəmə qabiliyyəti olmayan borc-



lunun öz əmlakını azaltmaq və ya gizlətmək yolu ilə kreditorlara zərər vurmasını ifadə edirdi. Başqa sözlə de-

sək, müflisləşmə ödəmə qabiliyyətsizliyi kimi mülki məsələnin cinayət tərəfi hesab edilirdi.  

Müflisləşmə ilə bağlı münasibətlər Azərbaycan Respublikasının 23 iyun 1997-ci il tarixində qüvvəyə minən 

«Müflisləşmə və iflas haqqında» qanunla tənzimlənir. Bu qanunda hüquqi şəxsin müflisləşmə nəticəsində ləğv 

edilmə prosedurunun xüsusiyyətləri müəyyənləşdirilir.  


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   563   564   565   566   567   568   569   570   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin