Müflisləşmə dedikdə, borclunun öz kreditorları qarşısında ühdəliklərini, yəni borclarını ödəmə qabi-
liyyətinin olmaması başa düşülür ki, bu cür qabiliyyətin olmaması əsasən məhkəmə tərəfindən təsdiq
olunur. Borclu şəxs maliyyə vəziyyətinin tam pozulması, əmlakının kifayət etməməsi və çatışmaması özündən
öz kreditorlarının tələblərini ödəmək qabiliyyətini itirir. Daha doğrusu, hüquqi şəxsin əmlakının dəyəri kreditor-
ların tələblərinin ödənilməsi özün yetərli olmur və kifayət etmir. Bu səbəbdən hüquqi şəxs öz borclarını, o
cümlədən dövlətə və yerli orqanlara müvafiq vergiləri (və digər məcburi ödənişləri) ödəmək imkanına (qabiliy-
yətinə) malik olmur.
Hüquqi şəxsin ödəmə qabiliyyətsizliyinin (imkansızlığının) xarici meyarı onun cari ödənişləri dayandır-
masından ibarətdir. Ödənişləri dayandırma isə öz əlamətlə xarakterizə olunur: hüquqi şəxsin kreditorun irəli
sürdüyü qanuni ödəmə tələbini bu cür tələb verildikdən sonra iki ay ərzində yerinə yetirə bilməməsi; hüquqi
şə
xsin qanunvericiliyə müvafiq surətdə həyata keçirməli olduğu ödənişləri (vergi və digər məcburi ödənişləri)
vaxtı çatdıqja ödəməyə qadir olmaması; hüquqi şəxsin öz borclarını vaxtı çatdıqja ödəməyə qadir olması. Gös-
tərilən əlamətlərdən hər hansı biri olarsa, hüquqi şəxs ödəmə qabiliyyəti olmayan hesab edilir və o, iflas prose-
sinə məruz qalır.
Dostları ilə paylaş: |