rət yoxdur. Odur ki, tam ortaqlıüın fəaliyyətinin idarə olunması iştirakçılar tərəfindən, bunun üçün hər hansı
bir idarəetmə orqanı yaradılmadan həyata keçirilir. Məhz bu səbəbdən biz onların fəaliyyətində ümumi yıüın-
caq, təftiş komissiyası, direktorlar şurası, idarə heyəti, müşahidə şurası və s. orqanlara rast gəlmirik.
Tam ortaqlıüın fəaliyyətinin idarə olunması bütün iştirakçıların ümumi razılıüı və yekdilliyi prinsipinə
ə
saslanır. Bu, o deməkdir ki, tam ortaqlıüın fəaliyyəti bütün iştirakçıların ümumi razılıüı ilə idarə edilir (MM-in
71-ci maddəsinin 1-ci bəndi). Başqa sözlə desək, tam ortaqlıüın fəaliyyətinə aid olan qərarlar yekdilliklə qəbul
edilir.
Tam ortaqlıüın fəaliyyəti barədə qərarlar iştirakçıların səs çoxluüu ilə də qəbul edilə bilər. Belə ki, nizamna-
mədə nəzərdə tutulduüu hallarda qərarlar iştirakçıların səs çoxluüu ilə çıxarılır (MM-in 71-ci maddəsinin 1-ci
bəndi).
Ümumi qayda belədir ki, tam ortaqlıüın hər bir iştirakçısının bir səsi vardır: bir iştirakçı — bir səs. Bu qayda-
dan bəzi hallarda müəyyən istisnaya yol verilə bilər. Belə ki, tam ortaqlıüın nizamnaməsində iştirakçıların səsləri-
nin sayını müəyyənləşdirməyin və təyin etməyin başqa qaydası nəzərdə tutula bilər. Məsələn, orada iştirakçının
şə
rikli kapitaldakı əmlak payından (mayadan) asılı olaraq səslərin sayını müəyyənləşdirməyin belə qaydası göstə-
rilə bilər: bir iştirakçı — iki səs. Tam ortaqlıq iştirakçısı tamamilə səsdən məhrum edilə bilməz.
Iştirakçının hüququ vardır ki, o, tam ortaqlıüın fəaliyyətinin idarə olunması və işlərinin aparılması haqqında
sənədlərlə tanış olsun. O, tam ortaqlıüın uçot-hesabat sənədləri ilə, o cümlədən kommersiya sənədləri ilə (mü-
qavilələrlə, işgözar yazışmalarla və s.) tanış ola bilər. Axı, o, tam ortaqlıüın ümumi borclarına görə öz şəxsi əm-
lakı ilə məsuliyyət daşıyır. Ona görə də tam iştirakçı bilməlidir ki, ortaqlıüın işləri necə gedir.
Iştirakçılar tam ortaqlıüın fəaliyyətini idarə etməkdən savayı, həm də onun işlərini aparırlar. Işlərini apar-
maq dedikdə, mülki (əmlak) dövriyyədə tam ortaqlıüın mənafeyinin iştirakçılar tərəfindən təmsil olunması başa
düşülür. Belə ki, iştirakçılar tam ortaqlıq adından, onun hesabına və onun mənafeyi üçün üçüncü şəxslərlə əqd-
lər (müqavilələr) bağlayırlar. Belə halda, yəni üçüncü şəxslərlə əqdlər (müqavilələr) bağlanan zaman hüquqi
şə
xs kimi tam ortaqlıq üçün mülki hüquq və vəzifələr yaranır, dəyişir və ya xitam olunur. Bununla nümayəndə-
Dostları ilə paylaş: |