Səhmdar cəmiyyəti nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünən, bir və ya bir neçə şəxs tərə-
findən yaradılan elə bir kommersiya təşkilatıdır ki, bu təşkilatın iştirakçıları (səhmdarları) onun öhdə-
likləri üçün cavabdeh deyillər və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub səhmlərin də-
yəri həddində risk daşıyırlar. Bu leqal anlayış səhmdar cəmiyyətinin əsas və başlıca hüquqi əlamətlərinin mü-
ə
yyənləşdirilməsinə, ona hüquqi xarakteristika verilməsinə imkan verir.
Birincisi, səhmdar cəmiyyətinin nizamnamə kapitalı məlum, yəni müəyyən sayda bərabər paylara bölü-
nür. Bu hüquqi əlamət səhmdar cəmiyyətini məhdud məsuliyyətli cəmiyyətlə birləşdirir. Bu, onların hər ikisi
üçün oxşar cəhətdir.
kincisi, səhmdar cəmiyyətinin iştirakçıları (səhmdarlar) onun öhdəlikləri (borcları) üçün cavabdeh de-
yillər. Məsələn, səhmdar cəmiyyətinin müxtəlif mülki hüquq münasibətlərindən (nisyə alqı-satqı müqaviləsin-
dən, kredit müqaviləsindən və s.) kreditorlara borcları yaranır. Onun həmin öhkdəlikləri icra etməyə, yəni borc-
larını ödəməyə əmlakı (pulu) çatmır. Belə halda səhmdar cəmiyyətinin iştirakçıları bu öhdəliklərə (borclara) gö-
rə özlərinin şəxsi əmlakı ilə məsuliyyət (şəxsi məsuliyyət) daşımırlar. Bu, səhmdar cəmiyyətini məhdud məsu-
liyyətli cəmiyyətlə birləşdirən, onların hər ikisi üçün ümumi olan hüquqi əlamətdir.
Üçüncüsü, səhmdar cəmiyyətinin iştirakçıları (səhmdarlar) cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün ni-
Dostları ilə paylaş: |