Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə673/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   669   670   671   672   673   674   675   676   ...   1820
8. Səhmdar cəmiyyəti 

Səhmdar  cəmiyyəti  (almanja  «Aktiengesellschaft»,  fransızja  «societe  anonime»,  ngiltərədə  —  «Public 

limited company with share capital», ABŞ-da — «publiclyheld corporation») kommersiya təşkilatının, daha də-

qiq və konkret söyləsək, təsərrüfat cəmiyyətinin bir növüdür. O, hüquqi şəxslərin müstəqil təşkilati-hüquqi for-

masıdır.  Almaniya  Ticarət  Qanunnaməsinin  dördüncü  kitabı  səhmdar  cəmiyyətini  rəsmi  surətdə  «kapitallar 

birliyi» kateqoriyasına aid edir. Özü də o, kapitalların klassik birliyidir.  

Səhmdar cəmiyyəti hüquqi konstruksiyası məhdud məsuliyyətli cəmiyyət konstruksiyasından çox-çox əvvəl-

lər əmələ gəlmişdir. Özü də o, geniş miqyaslı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə imkan verən ən sə-

mərəli,  münasib  və  əlverişli  hüquqi  konstruksiya  kimi  yaranmışdır.  Iqtisadiyyatın  və  təsərrüfat  dövriyyəsinin 

inkişafı üçün vacib olan tikinti layihələrinin gerçəkləşdirilməsi — dəmir yollarının çəkilməsi, su kanallarının və 

iri sənaye obyektlərinin tikintisi və s. məhz səhmdar cəmiyyəti konstruksiyasının sayəsində mümkün ola bilmiş-

dir. Belə ki, mühüm iqtisadi layihələrin tikintisi iri kapitalın olmasını tələb edirdi. Səhmdar cəmiyyəti isə ayrı-

ayrı kapitalların mərkəzləşməsi, cəmləşməsi və iri kapitala çevrilməsi üçün əlverişli üsul idi. Marksın söylədiyi 

bir kəlməni burada işlətmək yerinə düşərdi. O yazırdı ki, dəmir yollarının tikintisi üçün lazım olan iri kapital 

səhmdar cəmiyyətinin vasitəsi ilə bir an içərisində  yaranır. Səhmdar cəmiyyəti olmasaydı, dünya indiyə kimi 

dəmir yolsuz qalacaqdı. Belə təsəvvür yaranır ki, səhmdar cəmiyyəti hüquqi konstruksiyası təsərrüfat fəaliyyəti-

nin təşkilinin ən səmərəli üsulu kimi meydana gəlmişdir (özü də əgər məhdud məsuliyyətli cəmiyyət konstruk-

siyası hüquqşünaslar tərəfindən süni surətdə yaradılmışdısa da, səhmdar cəmiyyəti kimi hüquqi formanı isə tə-

sərrüfat-ticarət (sahibkarlıq) dövriyyəsi praktikası əmələ gətirmişdir).  

Məhz bu səbəbdən dünyanın bütün sivil və inkişaf etmiş dövlətlərinin qanunvericiliyi səhmdar cəmiyyəti hü-

quqi konstruksiyasının tənzimlənməsinə xüsusi diqqət yetirir. Məsələn, Almaniyada «Səhmdar cəmiyyəti haq-

qında» xüsusi qanun (1965) qəbul edilmişdir. Fransada səhmdar cəmiyyətlərinin fəaliyyəti və yaradılma qayda-

sı  «Ticarət ortaqlıqları haqqında» qanunla (1966), habelə  «Ticarət ortaqlıqları haqqında» dekretlə (1967) tən-

zimlənir. Hollandiyada səhmdar cəmiyyətlərinin hüquqi vəziyyəti əsasən Mülki Məcəllə ilə müəyyənləşdirilir. 

Bu məcəllənin ikinci kitabının dördüncü bölməsi («Səhmdar cəmiyyəti») özündə səhmdar cəmiyyətinin fəaliyyə-

tini tənzimləyən normaları birləşdirir.  

Bazar iqtisadiyyatı inkişaf edən ölkələrdə səhmdar cəmiyyətləri geniş yayılmışdır. Onlar müasir dövrdə po-

pulyarlıqda məhdud məsuliyyətli cəmiyyətlərdən  sonra ikinci  yeri tuturlar. Səhmdar cəmiyyətlərinin dünyada 

sayı durmadan artır. Məsələn, Almaniyada səhmdar cəmiyyətlərinin sayı 1978-ci ildən 1989-cu ilə kimi 2141-




 

210


dən artıb 2508 olmuşdur. Bu  gün səhmdar  cəmiyyəti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin ən  geniş 

yayılmış formalarından biri hesab olunur. 

90-cı illərdən başlayaraq sovet dövrünün qanunvericiliyi səhmdar cəmiyyəti konstruksiyasını nəzərdə tutma-

üa başlayır. Ilk dəfə olaraq səhmdar cəmiyyətinin hüquqi vəziyyəti SSRI Nazirlər Sovetinin təsdiq etdiyi nor-

mativ aktla tənzimlənir. 

Ölkəmizin «Müəssisələr haqqında» qanununun 11-ci maddəsi səhmdar cəmiyyətinə anlayış verir, onun əsas 

ə

lamətlərini  göstərir  və  hüquqi  xarakteristikasını  nəzərdə  tuturdu.  1994-cü  ildə  ölkə  ərazisində  səhmdar 



cəmiyyətlərinin yaradılmasını və fəaliyyətini tənzimləyən, onların fəaliyyətinin hüquqi təminatlarını nəzərdə tu-

tan qanun qəbul edildi.  ndi o, qüvvədən düşmüşdür. Odur ki, səhmdar cəmiyyətinin hüquqi vəziyyəti və digər 

məsələlər Mülki Məjəllə ilə müəyyən edilir. Belə ki, səhmdar cəmiyyəti hüquqi konstruksiyasını bizim ölkənin 

yeni  Mülki  Məcəlləsi  də  nəzərdə  tutur.  Bu  məcəllənin  bir  neçə  maddəsi  (98-108-ci  maddələr)  səhmdar 

cəmiyyətinin hüquqi statusunun müəyyən edilməsinə həsr edilmişdir. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   669   670   671   672   673   674   675   676   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin