na və özgəninkiləşdirilmə prosedurasına görə aparılır.
Açıq səhmdar cəmiyyətinin leqal anlayışı MM-in 99-cu maddəsinin 1-ci bəndində verilmişdir. Açıq səhm-
dar cəmiyyəti odur ki, bu cəmiyyətin iştirakçıları öz səhmlərini digər səhmdarların razılıüı olmadan
müstəqil surətdə özgəninkiləşdirmək hüququna malikdirlər. Onların ixtiyarı çatır ki, səhmləri həm digər
səhmdarlara, həm də üçüncü şəxslərə (kənar şəxslərə) özgəninkiləşdirsinlər. Onlar səhmləri istənilən şəxsə sata
bilər və satıcı seçməkdə tam müstəqildirlər.
Açıq səhmdar cəmiyyəti öz nizamnamə kapitalını formalaşdırmaq üçün yalnız bir emissiya formasından isti-
fadə edə bilər. Emissiya forması dedikdə, səhmdar cəmiyyətinin nizamnamə kapitalının formalaşdırılması (ya-
radılması) yolu, yəni onun buraxdığı səhmlərin satış üsulu başa düşülür. Açıq (ümumi) abunə yazılışı forması
açıq səhmdar cəmiyyətinin istifadə etdiyi yeganə emissiya formasıdır.
Açıq (ümumi) abunə yazılışı səhmlərin qabaqcadan müəyyənləşdirilməyən (qeyri müəyyən) və qeyri-məh-
dud dairəli şəxslərə yayılmasını nəzərdə tutur. Bu, o deməkdir ki, istənilən şəxs öz istək və mülahizəsinə uyüun
olaraq açıq səhmdar cəmiyyətinin buraxdığı səhmi ala bilər. Bu şəxslərin səhmləri ala bilmələri üçün səhmdar
cəmiyyəti onların sərbəst satışını təşkil edir və həyata keçirir. Səhmdar cəmiyyəti səhmləri bilavasitə özü, bank
və ya biræa vasitəsilə sata bilər. Deməli, istənilən şəxs səhm almaqla açıq səhmdar cəmiyyətinin iştirakçısı
Dostları ilə paylaş: |