Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə684/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   680   681   682   683   684   685   686   687   ...   1820
palı səhmdar cəmiyyəti bir il müddətində açıq səhmdar cəmiyyətinə çevrilir (MM-in 100-cü maddəsinin 2-

ci bəndi). 

Bir il ərzində qapalı səhmdar cəmiyyəti açıq səhmdar cəmiyyətinə çevrilmir, habelə bu cəmiyyətin iştirakçı-

larının  sayı  azaldılıb  nəzərdə  tutulan  həddə  endirilmir.  Belə  halda  qapalı  səhmdar  cəmiyyətinin  fəaliyyətinə 

məhkəmə qaydasında ləğvetmə yolu ilə xitam verilir (MM-in 100-cü maddəsinin 2-ci bəndi).  

Qapalı səhmdar cəmiyyətinin digər mühüm əlaməti bu cəmiyyət iştirakçılarının onlara məxsus olan səhmi 

digər  şəxslərə  yalnız  cəmiyyət  iştirakçılarının  (səhmdarların)  əksəriyyətinin  razılıüı  ilə  özgəninkiləşdirə 

bilməsindəibarətdir. Bu növ cəmiyyət iştirakçısının öz səhmini müstəqil surətdə özgəninkiləşdirmək hüququ 

yoxdur.  

Iştirakçı (səhmdar) öz səhmini özgəninkiləşdirmək üçün digər iştirakçıların razılıüını almalıdır. Özü də səhm-

dar (iştirakçı) həmin cəmiyyətin digər səhmdarının (iştirakçısının) satdığı səhmi əldə etməkdə üstünlük hüququ-



na malikdir. Üstünlük hüququ haqqında bu qaydanın əsas təyinatı səhmdar cəmiyyətinin qapalı tipli cəmiyyət ki-

mi qalmasını və saxlanmasını təmin etməkdən ibarətdir. 

Elə olur ki, səhmdarlardan heç biri nəzərdə tutulan müddətdə, lakin satış elan olunduğu tarixdən etibarən 30 

gün ərzində özünün üstünlük hüququndan istifadə etmir. Bu müddət cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdi-

rilir. Belə halda həmin səhmi sonrakı 30 gün ərzində səhmdar cəmiyyətinin özü alır. Səhmin qiyməti tərəflərin 

(səhmdar cəmiyyəti və səhmin sahibinin) razılıüı əsasında müəyyən edilir.  

Bəzi  hallarda  səhmin  səhmdar  cəmiyyəti  tərəfindən  satın  alınması  mümkün  olmur.  Belə  ki,  səhmdar 

cəmiyyəti bundan imtina edir və boyun qaçırır. Tərəflər səhmin qiyməti barədə ümumi razılıüa gəlməyə də bi-

lərlər. Bu hal da səhmin səhmdar cəmiyyəti tərəfindən satın alınmasını istisna edir. Göstərilən hallar yarandıqda 

səhmdar səhmi üçüncü şəxslərə özgəninkiləşdirə bilər. Göstərilən bu qayda qapalı səhmdar cəmiyyətinin səhm-

lərinin girov qoyulduüu və girov saxlayanın (kreditorun) tələbi bu səhmlərin hesabına təmin edildiyi hallarda da 

tətbiq olunur. Belə ki, girov qoyulmuş səhmlər əvvəlcə alınmaq üçün cəmiyyətin səhmdarlarına təklif olunur. 

Ə

gər səhmdarlar üstünlük hüququndan istifadə etməsələr, onda səhmləri cəmiyyətin özü alır. Cəmiyyət bundan 



imtina etdiyi hallarda, səhmlər üçüncü şəxslərə satılır və əldə edilən satış pulu hesabına girov saxlayanın (kredi-

torun) tələbi təmin olunur.  

Göstərilən bu qayda səhm ölmüş fiziki şəxsin (yenidən təşkil olunmuş hüquqi şəxsin) vərəsələrinə (hüquq 

varislərinə)  keçmədiyi  hallarda  tətbiq  olunur.  Bununla  belə,  qapalı  səhmdar  cəmiyyətinin  səhmləri  səhmdar 

olan fiziki şəxs öldüyü (səhmdar olan hüquqi şəxs yenidən təşkil olunduüu) hallarda onun vərəsələrinə (hüquqi 

varislərinə) keçə bilər. Bunun üçün səhmdar cəmiyyətinin buna razılıq verməsi tələb edilir. Əgər cəmiyyət razı-

lıq  versə,  vərəsələr  (hüquqi  varislər)  onun  səhmdarı  olurlar.  Cəmiyyətin  nizamnaməsində  səhmin  vərəsələrə 

(hüquqi varislərə) keçməsinin başqa qaydası da nəzərdə tutula bilər.  

Qeyd etmək lazımdır ki, səhmlər üçüncü şəxslərə özgəninkiləşdirilən zaman həmin səhmlərin satış qiyməti 

səhmdarlara  və  ya  səhmdar  cəmiyyətinə  təklif  edilən  qiymətdən  aşağı  olmamalıdır.  Əgər  olarsa,  səhmdar 

cəmiyyəti həmin əqdin (alqı-satqının) etibarsız hesab edilməsini və səhmin həmin qiymətə cəmiyyətə satılması-

nı məhkəmə qaydasında tələb edə bilər (MM-in 101-ci maddəsinin 1-ci bəndi). Məqsəd cəmiyyətin əmlak və-




 

213


ziyyətini təmin etməkdən ibarətdir. 

Mülki qanunvericilik yaxın vaxtlara kimi səhmin özgəninkiləşdirilməsi haqqında əqd (alqı-satqı, bağışla-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   680   681   682   683   684   685   686   687   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin