səhmləri əldə edirlər, yəni satın alırlar. Bu məqsədlə onlar əldə etdikləri səhmlərin əvəzində cəmiyyətə pul və-
saiti ödəyirlər və bununla həmin səhmlərin mülkiyyətçisi olurlar. Səhmin əvəzində verilən pul vəsaiti
cəmiyyətin mülkiyyətinə daxil edilir. Səhmdarın həmin vəsaitin geri qaytarılmasını tələb etmək hüququ yoxdur.
211
Beləliklə, səhmi almaqla səhmdarla cəmiyyət arasında öhdəlik hüquq münasibəti əmələ gəlir. Bu münasibətə
görə səhmdar cəmiyyətin gəlirlərinin (mənfəətinin) bir hissəsini devidendlər şəklində almaq hüququna (öhdəlik
hüququna) malik olur. Səhmə münasibətdə isə səhmdarın mülkiyyət hüququ vardır. Belə ki, səhmdar mülkiy-
yətzi, səhm ilə mülkiyyət hüququnun obyektidir. Təsadüfi deyildir ki, səhmin mülkiyyətzisi olan şəxsə səhmdar
deyilir.
Dostları ilə paylaş: