8. Səhmdar cəmiyyəti
Səhmdar cəmiyyəti (almanja «Aktiengesellschaft», fransızja «societe anonime», ngiltərədə — «Public
limited company with share capital», ABŞ-da — «publiclyheld corporation») kommersiya təşkilatının, daha də-
qiq və konkret söyləsək, təsərrüfat cəmiyyətinin bir növüdür. O, hüquqi şəxslərin müstəqil təşkilati-hüquqi for-
masıdır. Almaniya Ticarət Qanunnaməsinin dördüncü kitabı səhmdar cəmiyyətini rəsmi surətdə «kapitallar
birliyi» kateqoriyasına aid edir. Özü də o, kapitalların klassik birliyidir.
Səhmdar cəmiyyəti hüquqi konstruksiyası məhdud məsuliyyətli cəmiyyət konstruksiyasından çox-çox əvvəl-
lər əmələ gəlmişdir. Özü də o, geniş miqyaslı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə imkan verən ən sə-
mərəli, münasib və əlverişli hüquqi konstruksiya kimi yaranmışdır. Iqtisadiyyatın və təsərrüfat dövriyyəsinin
inkişafı üçün vacib olan tikinti layihələrinin gerçəkləşdirilməsi — dəmir yollarının çəkilməsi, su kanallarının və
iri sənaye obyektlərinin tikintisi və s. məhz səhmdar cəmiyyəti konstruksiyasının sayəsində mümkün ola bilmiş-
dir. Belə ki, mühüm iqtisadi layihələrin tikintisi iri kapitalın olmasını tələb edirdi. Səhmdar cəmiyyəti isə ayrı-
ayrı kapitalların mərkəzləşməsi, cəmləşməsi və iri kapitala çevrilməsi üçün əlverişli üsul idi. Marksın söylədiyi
bir kəlməni burada işlətmək yerinə düşərdi. O yazırdı ki, dəmir yollarının tikintisi üçün lazım olan iri kapital
səhmdar cəmiyyətinin vasitəsi ilə bir an içərisində yaranır. Səhmdar cəmiyyəti olmasaydı, dünya indiyə kimi
dəmir yolsuz qalacaqdı. Belə təsəvvür yaranır ki, səhmdar cəmiyyəti hüquqi konstruksiyası təsərrüfat fəaliyyəti-
nin təşkilinin ən səmərəli üsulu kimi meydana gəlmişdir (özü də əgər məhdud məsuliyyətli cəmiyyət konstruk-
siyası hüquqşünaslar tərəfindən süni surətdə yaradılmışdısa da, səhmdar cəmiyyəti kimi hüquqi formanı isə tə-
sərrüfat-ticarət (sahibkarlıq) dövriyyəsi praktikası əmələ gətirmişdir).
Məhz bu səbəbdən dünyanın bütün sivil və inkişaf etmiş dövlətlərinin qanunvericiliyi səhmdar cəmiyyəti hü-
quqi konstruksiyasının tənzimlənməsinə xüsusi diqqət yetirir. Məsələn, Almaniyada «Səhmdar cəmiyyəti haq-
qında» xüsusi qanun (1965) qəbul edilmişdir. Fransada səhmdar cəmiyyətlərinin fəaliyyəti və yaradılma qayda-
sı «Ticarət ortaqlıqları haqqında» qanunla (1966), habelə «Ticarət ortaqlıqları haqqında» dekretlə (1967) tən-
zimlənir. Hollandiyada səhmdar cəmiyyətlərinin hüquqi vəziyyəti əsasən Mülki Məcəllə ilə müəyyənləşdirilir.
Bu məcəllənin ikinci kitabının dördüncü bölməsi («Səhmdar cəmiyyəti») özündə səhmdar cəmiyyətinin fəaliyyə-
tini tənzimləyən normaları birləşdirir.
Bazar iqtisadiyyatı inkişaf edən ölkələrdə səhmdar cəmiyyətləri geniş yayılmışdır. Onlar müasir dövrdə po-
pulyarlıqda məhdud məsuliyyətli cəmiyyətlərdən sonra ikinci yeri tuturlar. Səhmdar cəmiyyətlərinin dünyada
sayı durmadan artır. Məsələn, Almaniyada səhmdar cəmiyyətlərinin sayı 1978-ci ildən 1989-cu ilə kimi 2141-
210
dən artıb 2508 olmuşdur. Bu gün səhmdar cəmiyyəti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin ən geniş
yayılmış formalarından biri hesab olunur.
90-cı illərdən başlayaraq sovet dövrünün qanunvericiliyi səhmdar cəmiyyəti konstruksiyasını nəzərdə tutma-
üa başlayır. Ilk dəfə olaraq səhmdar cəmiyyətinin hüquqi vəziyyəti SSRI Nazirlər Sovetinin təsdiq etdiyi nor-
mativ aktla tənzimlənir.
Ölkəmizin «Müəssisələr haqqında» qanununun 11-ci maddəsi səhmdar cəmiyyətinə anlayış verir, onun əsas
ə
lamətlərini göstərir və hüquqi xarakteristikasını nəzərdə tuturdu. 1994-cü ildə ölkə ərazisində səhmdar
cəmiyyətlərinin yaradılmasını və fəaliyyətini tənzimləyən, onların fəaliyyətinin hüquqi təminatlarını nəzərdə tu-
tan qanun qəbul edildi. ndi o, qüvvədən düşmüşdür. Odur ki, səhmdar cəmiyyətinin hüquqi vəziyyəti və digər
məsələlər Mülki Məjəllə ilə müəyyən edilir. Belə ki, səhmdar cəmiyyəti hüquqi konstruksiyasını bizim ölkənin
yeni Mülki Məcəlləsi də nəzərdə tutur. Bu məcəllənin bir neçə maddəsi (98-108-ci maddələr) səhmdar
cəmiyyətinin hüquqi statusunun müəyyən edilməsinə həsr edilmişdir.
Dostları ilə paylaş: |