da paylara bölünən kommersiya təşkilatlarıdır. Fərqli cəhət isə ondan ibarətdir ki, məhdud məsuliyyətli
cəmiyyətin iştirakçıları cəmiyyətin öhdəlikləri üçün nəinki birgə subsidiar məsuliyyət, ümumiyyətlə, məsuliy-
yət daşımırlar. Qalan məsələlər özrə əlavə məsuliyyətli cəmiyyətlə məhdud məsuliyyətli cəmiyyətin hüquqi sta-
tusu, demək olar ki, eynidir. Belə ki, əlavə məsuliyyətli cəmiyyətin fəaliyyəti ilə bağlı olan məsələlərin çoxu
məhdud məsuliyyətli cəmiyyət haqqında qaydalar əsasında həll edilir. Başqa sözlə, əlavə məsuliyyətli
cəmiyyətə, bir qayda olaraq, məhdud məsuliyyətli cəmiyyətin hüquqi statusunu müəyyən edən qaydalar tətbiq
edilir (MM-in 97-ci maddəsinin 3-cü bəndi).
Lakin əlavə məsuliyyətli cəmiyyət tam ortaqlıüa və məhdud məsuliyyətli cəmiyyətə nə qədər bənzəsə də, o,
hüquqi şəxslərin müstəqil təşkilati-hüquqi formasıdır. Onu hər hansı bir təşkilati-hüquqi formanın növü hesab et-
mək olmaz.
Ə
lavə məsuliyyətli cəmiyyət onu fərdiləşdirən firma adına malik olur. Onun firma adı dəqiq göstərilməlidir.
Bu məqsədlə həmin cəmiyyətin adı, habelə «əlavə məsuliyyətli cəmiyyət» sözləri firma adına daxil edilir (MM-in
97-ci maddəsinin 2-ci bəndi). Məsələn, «Əhmədoülu» əlavə məsuliyyətli cəmiyyəti» və s.
Ə
lavə məsuliyyətli cəmiyyətin iştirakçılarından biri müflis ola bilər. Belə halda cəmiyyətin öhdəliklərinə gö-
rə məsuliyyət daşımaq məsələsi necə həll olunur? Kreditorların tələblərini təmin etmək üçün əlavə tədbirlər
görməsinə ehtiyac varmı? Bu məsələni həll etmək üçün mülki qanunvericilik qayda müəyyən edir (MM-in 97-
ci maddəsinin 1-ci bəndi). Bu qaydaya görə müflis olan iştirakçının cəmiyyətin öhdəlikləri üçün məsuliyyəti
qalan iştirakçılar arasında bölüşdürülür. Bölüşdürmə qalan iştirakçıların nizamnamə kapitalına qoyduqları ma-
yalara mütənasib surətdə həyata keçirilir.
Dostları ilə paylaş: |