zamnamə kapitalına qoyduqları əmlak paylarının (mayaların) dəyəri həddində risk daşıyırlar. Bu da
səhmdar cəmiyyəti ilə məhdud məsuliyyətli cəmiyyəti birləşdirən, onlar üçün ümumi olan əlamətdir. Belə ki,
məhdud məsuliyyətli cəmiyyətdə olduüu kimi, səhmdar cəmiyyətinin də iştirakçıları (səhmdarları) nizamnamə
kapitalına verdikləri paylara (mayalara) olan mülkiyyət hüquqlarını itirirlər. Bu payların mülkiyyətçisi səhmdar
cəmiyyətinin özü olur. Əgər bu cəmiyyət zərərə düşərsə, yəni zərərlə işləyərsə, onda iştirakçılar bu zərər üçün
yalnız həmin payları (mayaları) itirmək riski daşıyırlar.
Dostları ilə paylaş: |