Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə703/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   699   700   701   702   703   704   705   706   ...   1820
nümayəndəsi vasitəsilə də həyata keçirə bilər. Bundan ütrü səhmdar nümayəndə etibarnamə verməlidir. Eti-

barnamə qanunvericiliklə müəyyən edilmiş qaydada tətbiq olunmalıdır (MM-in 107-3-cü maddəsinin 1-ci bən-

di). 

Cəmiyyətin nizamnaməsində nəzərdə tutulan halda, səhmdar yazılı sənəd vasitəsi ilə səsvermədə qiyabi iş-



tirak edə bilər (MM-in 107-3-cü maddəsinin 2-ci bəndi). Bu zaman iki tələbə əməl olunmalıdır: səhmdar ümu-

mi yığınjağın gündəliyində olan məsələyə münasibətini dəqiq və şərtsiz bildirməlidir (lehinə, əleyhinə, bitərəf); 

səhmdarın imzası qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və s.) təsdiq edilməlidir. Qiyabi səsver-

mənin reqlamenti cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir. 

Qiyabi səsvermə bəzi xarici ölkələrin qanunvericiliyində də nəzərdə tutulmuşdur. Məsələn, Fransada qiyabi səs-

vermə videokonfransın vasitəsilə keçirilir. 

Təminatlı (imtiyazlı) səhm sahibləri, adi səhm sahiblərindən fərqli olaraq, səs vermək hüququna malik deyil-

lər. Bu kateqoriya səhmdarlara nizamnamə əsasında səsvermə hüququ verilə bilər.  

Belə ki, əvvəldə qeyd etdiyimiz kimi, bir sıra məsələlər (məsələn, cəmiyyətin yenidən təşkil edilməsi və s.) 

barəsində qərarların qəbul edilməsində təminatlı (imtiyazlı) səhm sahibini cəmiyyətin nizamnaməsi səsvermə 

hüququ ilə təmin edə bilər (MM-in 106-1-ci maddəsinin 5-ci bəndi). Əgər nizamnamədə bu, nəzərdə tutulmaz-

sa,  təminatlı  (imtiyazlı)  səhm  «səssiz  səhm»  hesab  edilir.  Adi  səhm  isə  «səsli  səhm»  sayılır.  Amma  «səssiz 

səhm» olmasına baxmayaraq, təminatlı (imtiyazlı) səhm öz sahibini müəyyən maddi (əmlak) imtiyazla və üs-

tünlük hüququ ilə təmin edir. Bununla səsvermə hüququnun olmaması kompensasiya edilir. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   699   700   701   702   703   704   705   706   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin