Nizamnamə fondun əsas təsis sənədidir. Burada göstərilir:
●
fondun «fond» sözü daxil edilmiş adı;
●
fondun olduüu yer;
●
fondun orqanları haqqında, o cümlədən himayəçilik şurası haqqında məlumatlar;
●
fondun vəzifəli şəxslərinin təyin edilməsi və onların azad edilməsi qaydası;
●
fondun ləğvi zamanı onun əmlakı barəsində sərəncam verilməsi qaydası.
Qanun fondun nizamnaməsinin onun orqanları tərəfindən dəyişdirilməsi imkanını məhdudlaşdırır. Əgər
məhdudlaşdırılmasa, onda fondun statusunun onun təsisçilərinin iradəsinin ziddinə olaraq dəyişdirilməsi üçün
imkan yarana bilər. Fondun nizamnaməsi fondun orqanları tərəfindən dəyişdirilə bilər, bir şərtlə ki, nizam-
namədə onun dəyişdirmək imkanı nəzərdə tutulsun. Qalan hallarda nizamnamədə dəyişiklik fondun orqanları-
nın ərizəsi əsasında məhkəmə tərəfindən edilə bilər (MM-in 116-cı maddəsinin 2-ci bəndi).
Nizamnamə, təsis yıüıncaüının protokolu və digər zəruri sənədlər Ədliyyə Nazirliyinə göndərilir. Həmin na-
zirlik fondun dövlət qeydiyyatını həyata keçirir. Bu andan o, hüquqi şəxs statusu əldə edir.
Fondlar öz nizamnamələrində nəzərdə tutulan fəaliyyəti həyata keçirmək üçün lazım olan əmlaka malik
Dostları ilə paylaş: |