ctimai birliyin ali idarəetmə orqanı onun ümumi yıüıncaüıdır. Ümumi yıüıncaq qanunla
onun səlahiyyətinə aid edilmiş məsələləri həll edir. ctimai birliyin nizamnaməsini qəbul və ona dəyişikliklər et-
mək, ictimai birliyin icra orqanlarını yaratmaq, illik hesabatı təsdiq etmək, ictimai birliyi yenidən təşkil və ya
ləğv etmək və s. bu cür məsələlərə misal ola bilər.
Ümumi yıüıncaq həll etdiyi məsələlər barədə qərarlar qəbul edir. Qərarlar qəbul edilərkən yıüıncaqda iştirak
edən özvlərin səs çoxluüu əsas götürülür. ctimai birliyin hər bir özvünün bir səsi vardır.
ctimai birliyin icra orqanı onun səlahiyyətinə cari rəhbərliyi həyata keçirir. Bu orqanlar iki formada ola bi-
lər: kollegial icra orqanı formasında; təkbaşına icra orqanı formasında. Bəzən qarışıq icra orqanı formasın-
dan da istifadə olunur. Qarışıq icra orqanı odur ki, ictimai birliyin kollegial icra orqanı ilə təkbaşına icra orqanı
eyni vaxtda paralel olaraq yaradılır və fəaliyyət göstərirlər.
ctimai birliyin icra orqanı onun ali idarəetmə orqanı qarşısında məsuldur. O, həmin orqana hesabat verir.
ctimai birliyin fəaliyyətinə iki yolla xitam verilə bilər: ictimai birliyə onun yenidən təşkil edilməsi yolu ilə
xitam verilməsi; ictimai birliyin ləğv edilməsi yolu ilə xitam edilməsi. Belə hallarda bəzi istisnalarla, hüquqi
şə
xslərin yenidən təşkil edilməsi və ləğv olunması haqqında ümumi qaydalar tətbiq edilir. Bu cür istisnaya
ictimai birliyin müflisləşmə nəticəsində ləğv edilməsinin qeyri-mümkünlüyünü misal göstərmək olar.
ctimai birlik həm könüllü üsulla, həm də məcburi üsulla ləğv edilə bilər. Könüllü üsulla ictimai birliyin
ləğv edilməsi zamanı ümumi yıüıncaq bu barədə müvafiq qərar çıxarır. Məcburi üsul isə ictimai biliyin məhkə-
mənin qərarı ilə ləğv edilməsini nəzərdə tutur. Məsələn, qanunazidd hərəkətlərə yol verən ictimai birliyə bir il
ə
rzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi
halda həmin ictimai birlik məhkəmənin qərarı ilə ləğv edilə bilər.
ctimai birlik ləğv edilərkən onun iştirakçılarının ləğvetmə kvotası almaq hüququ yoxdur. Bu zaman ya-
ranan əmlak məsələləri mülki qanunvericiliklə xüsusi qaydada tənzimlənir. Bu qaydaya görə, ictimai birlik ləğv
edildikdə, onun əmlakı ictimai birliyin nizamnaməsində nəzərdə tutulmuş məqsədlər üçün istifadə olunur. Əgər
bu cür istifadə mümkün olmazsa, onda həmin əmlak dövlət mülkiyyətinə (dövlət büdcəsinə) mədaxil edilir
(MM-in 114-cü maddəsinin 3-cü bəndi).
3. Fondlar
Fond (latınja «fundus» — əsas) qeyri-kommersiya təşkilatının bir formasıdır. Onların əsas cəhətləri və hüqu-
qi vəziyyəti MM-in 115-116-cı maddəsində ifadə olunan normalarla müəyyənləşdirilir. Fondların yaradılması
və fəaliyyət göstərməsi ilə bağlı münasibətlərin tənzimlənməsində qanunlar, hər şeydən əvvəl, «Qeyri-hökumət
təşkilatları haqqında» qanun mühüm rol oynayır.
Dostları ilə paylaş: |