Fondun ləğv edilməsi əmlak vəzifələrinin yaranmasına, ləğv etmə kvotası almaq hüququnun əmələ
gəlməsinə səbəb olmur. Fond iştirakçılarla hər hansı bir hesablaşma aparmır. Belə ki, fond ləğv edildikdə,
onun əmlakı nizamnaməsində göstərilən məqsədlər üçün istifadə olunur. Əgər bu cür istifadə mümkün olmadıq-
da, əmlak dövlət mülkiyyətinə (dövlət büdcəsinə) mədaxil edilir (MM-in 116-cı maddəsinin 3-cü bəndi).
4. Hüquqi şəxslərin ittifaqları
Hüquqi şəxslərin ittifaqı qeyri-kommersiya təşkilatları kateqoriyasına şamil edilir. ×ünki o, kommersiya
məqsədi, yəni mənfəət əldə etmək məqsədi güdmür. Onun hüquqi xarakteristikası əsasən Mülki Məcəllə ilə
müəyyənləşdirilir. Mülki Məcəllənin 117-119-cu maddələrində hüquqi şəxslərin ittifaqlarının hüquqi vəziyyəti-
nə aid mühüm əhəmiyyətə malik olan göstəriş ifadə edilir.
Dostları ilə paylaş: |