ləğv oluna bilər. Deməli, fondların könüllü qaydada ləğv edilməsinə yol verilmir.
Fondun yalnız məhkəmə yolu ilə ləğv edilməsi haqqında qayda fondun əmlakı barədə mümkün olan hər cür
sui-istifadə hallarının qarşısının alınmasına imkan verir. Özü də fondun ləğv edilməsinə əsas olan hallar nizam-
namə ilə yox, qanunla müəyyənləşdirilir (MM-in 116-cı maddəsinin 2-ci bəndi):
●
fondun əmlakı onun məqsədlərinin həyata keçirilməsinə kifayət etmədikdə və lazımi əmlakın əldə edilmə-
si ehtimalı real olmadıqda;
●
fondun məqsədlərinə çatmaq mümkün olmadıqda, bu məqsədlər isə lazımi şəkildə dəyişdirilə bilmədikdə;
●
fond öz fəaliyyətində nizamnamədə nəzərdə tutulan məqsədlərdən yayındıqda;
●
qanunvericilikdə nəzərdə tutulan digər hallarda (məsələn, fond müflis elan edildikdə).
Göstərilən hallardan biri olduqda, maraqlı şəxs fondun ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət
edir. Maraqlı şəxs rolunda fondun təsisçisi, nəzarət orqanı, kreditorlar və digərləri çıxış edə bilər. Məhkəmə işə
baxaraq, fondun ləğvi barədə qərar qəbul edir.
Dostları ilə paylaş: |