arasında bölüşdürülmür, nizamnamə məqsədlərinin həyata keçirilməsinə yönəlir.
Göstərilən hallarda başqa yoldan da istifadə oluna bilər. Bu yola görə, sahibkarlıq fəaliyyətini həyata keçir-
məyə borclu olan ittifaq qanunda nəzərdə tutulan qaydada ya təsərrüfat ortaqlıüına, ya da təsərrüfat cəmiyyətinə
çevrilir (MM-in 117-ci maddəsinin 1-ci bəndi).
Hüquqi şəxslərin ittifaqı ada malik olmalıdır. Onun adının qanunda göstərilən şərtə uyüun olması tələb edi-
lir. Belə ki, ittifaqın adında onun iştirakçılarının fəaliyyətinin əsas predmeti, habelə «ittifaq» sözü göstərilməli-
dir (MM-in 117-ci maddəsinin 6-cı bəndi). Məsələn, «Gəncə «Göy-göl» ictimai iaşə müəssisələrinin ittifaqı»,
«Bakı «Rahatlıq» təmir- tikinti təşkilatlarının ittifaqı», «Azərbaycan ticarət cəmiyyətlərinin ittifaqı» və s.
Hüquqi şəxslərin ittifaqı nizamnamə əsasında fəaliyyət göstərirlər. Nizamnaməni təsisçilər təsdiq edirlər.
Burada bütün hüquqi şəxslər üçün ümumi olan məlumatlardan savayı, digər məlumatlar da göstərilir:
●
iştirakçıların verdikləri haqların miqdarı, tərkibi və verilməsi qaydası haqqında;
●
iştirakçıların haqq verilməsi öhdəliyini pozmaüa görə məsuliyyəti haqqında;
●
ittifaqın idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi qaydası haqqında;
●
yekdilliklə və ya səs çoxluüu ilə qəbul olunan məsələlərə dair qərarlar qəbul olunması haqqında;
●
ittifaq ləğv edildiyi halda onun əmlakı barəsində sərəncam verilməsi qaydası haqqında.
Ittifaqın fəaliyyəti onun idarəetmə orqanları vasitəsilə həyata keçirilir. Bu orqanların strukturu və sistemi
ittifaqın korporativ (özvlük) əsaslarla yaradılması ilə bağlı olaraq müəyyənləşdirilir. Belə ki, ittifaq korporativ
təşkilatdır (korporasiyadır). Buna görə də ittifaqın ali idarəetmə orqanı iştirakçıların (onların nümayəndələri-
nin) ümumi yıüıncaüıdır (bütün korporativ təşkilatlarda olduüu kimi). Ittifaqın icra orqanı ittifaqın fəaliyyəti-
nə cari rəhbərliyi həyata keçirir. Bu orqan ümumi yıüıncaq tərəfindən yaradılır və ona hesabat verir.
Ittifaq öz nizamnaməsində göstərilən məqsədinə çatması üçün zəruri əmlak (maddi) bazasına malik olmalıdır.
Bu baza maddi təminat rolunu oynayır.
Ittifaqın əmlakı onu təsis edən şəxslərin (iştirakçıların) verdikləri əmlakdan ibarətdir. Bu əmlak ittifaqın
Dostları ilə paylaş: |