Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə815/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   811   812   813   814   815   816   817   818   ...   1820
mülkiyyət hüququnun məzmunu dedikdə, mülkiyyətçinin əşya barəsində etdiyi hərəkətlərin qanunun göstə-

rişlərinə zidd olmaması başa düşülür. Maddi mənada mülkiyyət hüququnun məzmunu dedikdə isə əşya üzə-

rində elə sahiblik (yiyəlik) başa düşülür ki, bu sahiblik (yiyəlik) subyekti səlahiyyətlərin (hüquqi imkanların) 

sistemi ilə təmin edir. 

Almaniya mülki hüquq doktrinasında üstün olan konsepsiyaya görə, mülkiyyət hüququnun məzmununa qa-

nuna məlum olan istənilən elə səlahiyyətlər daxildir ki, bu səlahiyyətlər əşya üzərində yiyəliyi (sahibliyi) təmin 

edir. Bu konsepsiya, əsasən, professor X.Pryuttingin işlərində əsaslandırılır. 

spaniya MM-inə görə (348-ci maddənin 1-ci hissəsi), mülkiyyət dedikdə, qanunvericiliyin nəzərdə tutduğu 

hədlərdə əşyaya sahiblik və ondan istifadə hüququ başa düşülür. 

ngilis-amerikan  hüquq  ailəsinə  görə,  mülkiyyətçi  on-on  iki  müxtəlif  səlahiyyətə  malikdir.  Mülkiyyətçiyə 

ə

nənəvi hüquqlarla bərabər, həm də bəzi tələb hüquqları (məsələn, pensiya, müavinət, aliment və s. almaq hü-



quqları), müstəsna hüquqlar (əqli mülkiyyət hüquqları) məxsusdur. Bu, onunla əlaqədardır ki, kontinental mülki 

hüquq ailəsi üçün xarakterik olan «bir əşya — bir mülkiyyət hüququ» prinsipi əvəzinə, ingilis-amerikan ailəsin-

də «bir əşya — bir neçə mülkiyyət hüququ» prinsipi tətbiq edilir. Eyni bir əşyaya münasibətdə bir neçə şəxsin 

eyni vaxtda mülkiyyət hüququ yarana bilər. Məsələn, bir mülkiyyətçi icarəyə verilmiş torpağa görə icarə haqqı 

formasında gəlir almaq, digər mülkiyyətçi isə istifadə etmək hüququna malik ola bilər. Belə halda mülkiyyət 

hüququnun məzmunu mülkiyyətçilərin razılığı ilə müəyyən edilir. Presedent xarakterinə malik olduğuna görə 

ingilis-amerikan hüquq ailəsi mülkiyyətin leqal (qanunvericilik qaydasında) anlayışını vermir ki, bu da mülkiy-

yətçilərin səlahiyyətlərinin çoxsaylı olmasına təsir göstərir.  

ABŞ mülki hüququ mülkiyyət hüququna üçlü səlahiyyət baxımından anlayış verir. Belə ki, mülkiyyət hüqu-

qu dedikdə əşyaya müstəsna sahiblik, əşyadan müstəsna istifadə və əşya üzərində müstəsna sərənjam vermək 

hüququ başa düşülür. 

Fransa mülki hüquq elmi mülkiyyət hüququnun məzmununa aid edir. əşyadan istifadə etmək və ondan bə-

hər, məhsul əldə etmək səlahiyyəti; əşyanı məhv etmək səlahiyyəti; əşya üzərində sərənjam vermək səlahiyyəti; 

əş

ya barəsində istənilən mülki-hüquqi əqd bağlamaq (məsələn, sığorta, icarə, alqı-satqı və bağışlama müqavilə-



ləri bağlamaq, vəsiyyət etmək) səlahiyyəti. 

Qeyd etmək lazımdır ki, bir qayda olaraq, subyektiv mülkiyyət hüququnun məzmunu üçlü səlahiyyətin (sa-

hiblik səlahiyyətinin; istifadə səlahiyyətinin; sərənjam səlahiyyətinin) vasitəsilə açıqlanır; bu səlahiyyətlərin hər 

biri spesifik, özünəxas xüsusiyyətlərə malik olub, müəyyən dərəcədə müstəqil hüquq hesab edilir; onlar tam ha-

lında yalnız mülkiyyətçinin özü tərəfindən həyata keçirilə bilər. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   811   812   813   814   815   816   817   818   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin