Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə816/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   812   813   814   815   816   817   818   819   ...   1820
9. Sahiblik səlahiyyəti 

Sahiblik səlahiyyəti əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş im-

kanıdır (MM-in 152-ci maddəsinin 2-ci bəndi). Sahiblik səlahiyyəti qanunla müəyyən edilən və qorunan elə bir 

imkandır ki, bununla əşyaya faktiki cəhətdən yiyələnmək təmin edilir. Bu səlahiyyətdə əşyanın müəyyən şəxsə 

məxsus olması imkanı hüquqi cəhətdən ifadə olunur. Sahiblik səlahiyyətindən istifadə etməklə şəxs öz təsərrü-

fat sahibliyində əşyaya malik olur, əşyanı öz təsərrüfatında saxlayır, sığorta etdirir, uçotunu aparır, balansa gö-

türür, başqa sözlə desək, bu əşyanın salamat qalmasının təmin edilməsinə, idarə olunmasına və saxlanılmasına 

yönələn hərəkətlər edir. 

Sahiblik səlahiyyətinə mülkiyyətçinin əmlakın təsadüfən tələf və xarab olması risqini aradan qaldırmaq və 

ram etmək üzrə hərəkətləri də daxildir. Əmlakın təsadüfən məhv olması və ya təsadüfi zədələnməsi risqi

ə

gər qanunvericilikdə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçinin üzərinə düşür (MM-



in 152-ci maddəsinin 10-cu bəndi). 

Sahiblik səlahiyyəti həm də mülkiyyətçinin ona məxsus olan əşyanın saxlanılması yükünü daşımağa yönələn 

hərəkət  və  tədbirlərini  əhatə  edir.  Əgər  qanunvericilikdə  və  ya  müqavilədə  ayrı  qayda  nəzərdə  tutulmayıbsa, 

mülkiyyətçi ona mənsub əmlakın saxlanılması yükünü daşıyır (MM-in 152-ci maddəsinin 11-ci bəndi). 

Sahiblik səlahiyyəti əşyaya yalnız təsərrüfat (faktik) sahibliyinin həyata keçirilməsini ifadə edən hüquqi im-

kandır. Buna görə də ərazi və məkan baxımından mülkiyyətçinin olduğu yerdən başqa ərazidə yerləşən və ona 

məxsus olan əşya yenə də mülkiyyətçinin faktik sahibliyində qalmaqda davam edir. Məsələn, vətəndaş bir ay 

müddətinə başqa şəhərə yay məzuniyyətinə gedir. Belə halda o, yaşayış evinə və bu evdəki məişət predmetləri-

nə, habelə ev avadanlıqlarına sahiblik səlahiyyətinə malik olajaqdır. 

Sahiblik mülkiyyətçidən ayrılıb, başqa şəxsə verilə bilər. Belə halda mülkiyyətçi olmayan şəxsin sahibliyi 

yaranır. Bu sahiblik iki cür olur: qanuni sahiblik; qeyri-qanuni (qanunsuz) sahiblik. Qanuni sahibliyə həm də ti-

tul sahibliyi deyilir. Titul sahibliyi hüquqi əsasa malik olan sahiblikdir. Hüquqi əsas titul adlanır. 



Qanuni sahiblik odur ki, o, hüquqi əsaslar olan qanun, müqavilə və inzibati aktın göstərişi ilə yaranır. Bu 

sahibliyə aiddir: alqı-satqı müqaviləsi əsasında əmələ gələn sahiblik; icarə müqaviləsi əsasında əmlakın icarəyə 




 

259


verilməsi ilə əlaqədar yaranan sahiblik; saxlanj müqaviləsi ilə əmlakın saxlanılma üçün verilməsi ilə əlaqədar 

yaranan sahiblik; əmlakdan əvəzsiz istifadə və kirayə müqavilələri əsasında əmələ gələn sahiblik; idarəçi təyin 

edilməsi barədə inzibati akt əsasında xəbərsiz itkin düşmüş hesab edilən vətəndaşın əmlakı üzərində idarəçinin 

sahibliyi və s. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   812   813   814   815   816   817   818   819   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin