Microsoft Word mulki huquq doc


 Mülkiyyət hüququnun anlayı



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə824/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   820   821   822   823   824   825   826   827   ...   1820
12. Mülkiyyət hüququnun anlayışı 

Mülkiyyət hüququ anlayışı öz mənbəyini Roma hüququndan götürmüşdür. Torpaq üzərində mülkiyyət hüqu-

qu  xüsusilə  bu  hüququn  inkişafına  böyük  təsir  göstərmişdi.  Romada  mülkiyyət  hüququnu  bildirmək  üçün 

«dominium» termini, təxminən respublika dövründən başlayaraq isə «proprietas» termini tətbiq edilmişdi. 

Roma  hüquqşünasları  mülkiyyət  hüququnun  dəqiq  tərifini  verməmişdilər.  Mülkiyyətə,  sadəjə  olaraq,  şəxs 

(mülkiyyətçi) olmayan və ya dövriyyə qabiliyyətli hər cür əşya kimi baxılırdı. Onlar yalnız mülkiyyət hüququ-

nun məzmununu (elementlərini), yəni mülkiyyətçinin səlahiyyətlərini müəyyən etmişdilər. Mülkiyyətçi özünə 

məxsus olan əşya barəsində aşağıdakı hüquqlara malik idi: əşyadan istifadə hüququ (ius utendi); əşyadan gəlir, 

bəhər almaq hüququ (ius fruendi); sərənjam hüququ (ius abutendi). 

Roma hüququ mülkiyyət hüququnun elementlərinin, yəni mülkiyyətçinin ayrı-ayrı səlahiyyətlərinin siyahısı-

nı qəti olaraq müəyyən etmirdi. Bu, onunla şərtlənirdi ki, Roma hüququna görə, mülkiyyətçi özünə məxsus olan 

əş

ya barəsində qanunla birbaşa qadağan edilməyən hər şey edə bilərdi. 



Roma hüquqşünasları vahid mülkiyyət anlayışı, mülkiyyət hüququ sahəsində dəqiq hüquqi termin işləyib ha-

zırlamasalar  da,  onların  mülkiyyət  hüququnun  elementləri  barəsində  müəyyən  etdikləri  qayda  müasir 

qanunvericiliyin prinsipial əsasını təşkil edir. Dünya hüquq mədəniyyətinin ilkin mənbələrindən biri olan Roma 

hüququnda  mülkiyyət  barədə  işlənib  hazırlanmış  müddəalar  bütün  hüquq  sistemləri,  o  cümlədən  Azərbaycan 

Respublikasının mülki hüququ tərəfindən qəbul edilmişdir.  

Mülkiyyət hüququna uğurlu anlayış vermək qanunvericiliyin və sivilistika doktrinasının həmişə diqqət mər-

kəzində olmuşdur. Uilyam Blekston XVIII əsrin axırlarında yazdığı traktatda göstərirdi ki, mülkiyyət hüququna 

fərdin əşyaya təkbaşına və öz istəyinə uyğun yiyəlik etməsi kimi baxmaq lazımdır. Fransanın 1804-cü il MM-

inin (Napoleon Məcəlləsinin) mülkiyyətə verdiyi məşhur anlayış, demək olar ki, XIX əsrdə sivilistika doktrina-

sında geniş yayılmışdı. Bu anlayış mülkiyyətin əşyadan istifadə və ona sərənjam vermək hüququ olmasını nə-

zərdə tutur ki, bu, mahiyyətjə əşyaya tam yiyəliyi ifadə edir. O dövrdə alman sivilisti Fridrix Karl fon Savinyi 

mülkiyyət hüququnun nisbətən uğurlu anlayışlarından birini təklif etdi: mülkiyyət hüququ əmlak üzərində şəx-




 

262


sin qeyri-məhdud və müstəsna yiyəlik etməsidir. Başqa alman sivilisti Dernburq mülkiyyət hüququna əşya üzə-

rində ümumi yiyəlik hüququ kimi anlayış verirdi. 

nqilabaqədərki rus sivilistləri də mülkiyyət hüququna anlayış verməyə təşəbbüs göstərirdilər. Onların bu ba-

rədə irəli sürdükləri doktrinal fikirlər, əsasən, alman mülki hüquq doktrinasına əsaslanırdı. K.Pobedonostsevə 

görə, mülkiyyət hüququ müstəsna və tam yiyəlik hüququdur. D. .Meyer mülkiyyət hüququna şəxsin əşya üzə-

rində tam yiyəliyi kimi anlayış verirdi. 

Mülkiyyət hüququna sovet dövrünün hüquq ədəbiyyatı səhifələrində də anlayış verilmişdir. A.V.Venediktov 

mülkiyyət hüququna «əşya üzərində hər şeyi əhatə edən, ali, nisbətən tam, qeyri-məhdud, mütləq yiyəlik hüqu-

qu» kimi anlayış verirdi. Onun fikrinjə, mülkiyyət hüququ ixtiyar və mənafe əsasında əşyadan istifadə etmək 

hüququdur. 

Xarici  ölkələrin  sivilistika  doktrinası  da  mülkiyyət  hüququna  anlayış  verilməsinə  xüsusi  əhəmiyyət  verir. 

Yaponiya mülki hüquq doktrinası mülkiyyət hüququna əşya üzərində tam yiyəlik hüququ kimi anlayış verir. Al-

maniya  sivilistika  doktrinasında  göstərilir  ki,  mülkiyyət  obyektlərin  məcmusu  (subyektin  əmlakı,  müəssisəsi) 

olmayan, tək-tək maddi daşınar və ya daşınmaz əşya üzərində bilavasitə hüquqi (faktiki yox) yiyəlik etməkdir. 

Alman alimi professor Q.Y.Villinq yazır ki, mülkiyyət əşyaya aid olan insan azadlığı deməkdir.  ngilis hüquq-

ş

ünası Metkolfun fikrinjə, mülkiyyət sahib olma və yiyəliyin obyekti olan əşyadır. 



Ümumiyyətlə, bütün hüquq sistemlərində biz mülkiyyət hüququna anlayış verilməsinə rast gələ bilərik. Bu an-

layışlar bir-birini istisna etmir. Əksinə, onlar bir-birini tamamlayaraq, mülkiyyət hüququ kimi vacib hüquqi hadi-

sənin mahiyyətinin aydınlaşdırılmasına imkan verir. Ona biz də doktrinal (elmi) anlayış veririk. 

Beləliklə,  mülkiyyət  hüququ  dedikdə,  elə  bir  subyektiv  mülki  hüquq  başa  düşülür  ki,  bu  hüquq 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   820   821   822   823   824   825   826   827   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin