ödəməyə borclu olmasından ibarətdir. Müəssisələrin vergitutma obyektləri onların balansında olan əsas vəsa-
itlər və avtonəqliyyat vasitələri, fiziki şəxslərin vergitutma obyektləri isə bina, avtonəqliyyat vasitələri, habelə
su və hava nəqliyyat vasitələridir (gəmi, kater, mühərrikli yaxta və qayıq, vertolyot və təyyarə). Müəssisələr-
dən və fiziki şəxslərdən əmlak vergisinin hesablanma və ödənilməsi qaydası «Əmlak vergisi haqqında» 24
mart 1995-ci il tarixli qanunla müəyyən edilirdi. ndi bu məsələ Vergi Məcəlləsi ilə (XIII fəsil) qaydaya salınır.
Torpağın mülkiyyətçisindən torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Torpaq vergisinin tutulması ob-
yekti mülkiyyətə və istifadəyə verilmiş torpaq sahələridir. Bu cür verginin müəyyən edilməsi və ödənilməsi
«Torpaq vergisi haqqında» 24 dekabr 1996-cı il tarixli qanunla qaydaya salınırdı. Hal-hazırda bu məsələ Vergi
Məcəlləsi (XIV fəsil) ilə tənzimlənir.
Qanunda və ya müqavilədə nəzərdə tutulduğu hallarda mülkiyyətçinin əmlakın saxlanılması yükünü daşı-
maqla əlaqədar xərjlərin və ondan tutulan vergilərin ödənilməsi vəzifəsi başqa şəxslərə həvalə edilə bilər. Mə-
sələn, müqavilədə nəzərdə tutularsa, icarəyə verilən torpağın yükləmələrini və ondan tutulan dövlət vergilərini
icarəyə verən yox, icarəçi ödəyə bilər (MM-in 709-cu maddəsi).
Ə
mlakın saxlanılması yükü onun təsadüfi məhv (tələf) olması və ya xarab olması (zədələnməsi) risqi ilə
sıx surətdə bağlıdır. Belə ki, bu risq mülkiyyətçinin əmlakı saxlamaq yükünün tərkib hissəsini təşkil edir. MM-
in 152-ci maddəsinin 10-cu bəndinə görə, təsadüfi tələf və xarab olma risqi, qanunda və ya müqavilədə ayrı
qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçinin üzərinə düşür. Əmlakın təsadüfən tələf və ya xarab olmasını şərt-
ləndirən hallar müxtəlif ola bilər: yanğın; zəlzələ; tufan; qasırğa; təbii fəlakət və s. hallar. Bu hallardan birinin
baş verməsi nəticəsində əmlak tələf və ya xarab olarsa, tələf və ya xarab olma üçün risq mülkiyyətçinin üzərinə
düşür.
Ə
qd əsasında özgəninkiləşdirmə qaydasında (alqı-satqı, bağışlama, dəyişmə və s. müqavilələr) əmlak başqa
şə
xsin mülkiyyətinə keçdikdə, əmlakın təsadüfən tələf və ya xarab olması üçün risq mülkiyyət hüququnun əmə-
lə gəlməsi ilə eyni vaxtda bu əmlakı əldə edən şəxsin üzərinə düşür. Bəzi hallarda əmlakı özgəninkiləşdirən
şə
xs (satıcı, mal göndərən, hədiyyə verən tərəf və s.) müəyyən səbəblərə görə əmlakın qarşı tərəfə təhvil veril-
məsini gecikdirə bilər. Elə məqamlar da ola bilər ki, əmlakı əldə edən tərəf əmlakın qəbul edilməsini ləngitsin.
Belə hallarda təsadüfən tələf və ya xarab olma üçün risq əmlakın təhvil verilməsini gecikdirməyə və ya əmlakın
qəbul edilməsini ləngitməyə yol verən şəxsin üzərinə düşür.
Təsadüfi tələf və xarab olma üçün risq barədə qanunun müəyyən etdiyi norma dispozitiv xarakter daşıyır. Bu,
onu ifadə edir ki, qanunla və ya müqavilə ilə təsadüfi tələf və ya xarab olma üçün risqin mülkiyyətçinin üzərinə
yox, əmlakı qanun əsasında əldə edən şəxsin üzərinə düşməsi müəyyən edilə bilər.
Dostları ilə paylaş: |