yox, iqtisadi kateqoriyadır. qtisadi kateqoriya kimi mülkiyyətin formasını mülkiyyət hüququ ilə eyniləşdir-
mək olmaz. Mülkiyyət forması iqtisadi anlayış kimi hüquqi cəhətdən əhəmiyyətə malik deyildir (Y.A.Suxa-
nov). Mülki hüquqa görə, mülkiyyət forması anlayışı yoxdur, yalnız bu hüququn müxtəlif subyektləri (fiziki
şə
xslər; hüquqi şəxslər; dövlət; bələdiyyə) vardır. Bu, onunla izah edilir ki, mülkiyyətin müxtəlif formalara
ayrılması mülkiyyət hüququnun məzmununun fərqləndirilməsinə səbəb olmur. Odur ki, mülkiyyətin for-
maları mülki hüquq baxımından əhəmiyyət kəsb etmir. Məsələn, dövlət mülkiyyəti forması üzrə mülkiyyət hü-
ququnun məzmunu üç elementdən ibarətdir: tələb etmək səlahiyyətindən; müdafiə səlahiyyətindən; davranış sə-
lahiyyətindən (sahiblik, istifadə və sərənjam səlahiyyətlərindən). Həm bələdiyyə mülkiyyəti forması üzrə, həm
də xüsusi mülkiyyət forması üzrə mülkiyyət hüququnun məzmunu bu cür eyni səlahiyyətlərdən (elementlərdən)
təşkil olunmuşdur. Onda belə nəticəyə gələ bilərik ki, mülkiyyət forması anlayışının hüquqi məzmunu yoxdur.
Bununla bərabər qeyd etmək lazımdır ki, iqtisadi kateqoriya kimi mülkiyyət formaları müxtəlif hüquqi for-
malarda ifadə edilir. Buna mülkiyyət hüququnun formaları deyilir. Mülkiyyət (sahiblik) iqtisadi münasibətlə-
rinin ifadə olunduğu mülkiyyət formaları mülkiyyət hüququ vasitəsilə qaydaya salındıqda, mülkiyyət hüququ
formasını alır. Mülkiyyət forması isə maddi nemətlərə sahibliyin (yiyəliyin, mənimsəmənin) iqtisadi formasını
ifadə edir.
Dostları ilə paylaş: |