Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə827/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   823   824   825   826   827   828   829   830   ...   1820
qi məhdudlaşdırma vasitəsidir. Qərb hüququnda o, əsas anlayışlardan biri hesab edilir. Almaniyada qonşuluq 

hüququ (Nachbarrecht) torpaq mülkiyyətinin hüquqi tənzimlənmə prosesində xüsusi yer tutur. Almaniya Mülki 

Qanunnaməsinin  906-cı,  907-ci,  908-ci,  909-cu  və  sair  paraqrafları  qonşuluq  münasibətlərini  qaydaya  salır. 

Qonşuluq hüququ institutu Yaponiya mülki hüququna da məlumdur. Yaponiya Mülki Məcəlləsinin 209-235-ci 

maddələri qonşuluq əlaqələrinin mülki-hüquqi tənzimlənməsinə həsr edilmişdir.  

Qonşuluq hüququ institutunun müəyyən etdiyi əsas qayda ondan ibarətdir ki, mülkiyyətçilər öz hüquqlarını 

həyata keçirərkən ağlabatan hərəkət etməlidirlər. Həmin qaydanın əsasını «mənafelərin tarazlaşdırılması» (yəni 

mülkiyyətçinin mənafeyi ilə qonşuların mənafelərinin uyğunlaşdırılması) prinsipi təşkil edir ki, bu prinsip XIX 

ə

srin  axırlarında  tanınmış  alman  hüquqşünası  Rudolf  fon  erinq  tərəfindən  təklif  olunmuşdur.  Bəzi  ölkələrin 



qanunvericiliyi  (Almaniya  MQ-nin  906-cı  paraqrafı,  sveçrə  MM-in  648-ci  maddəsi,  taliya  MM-in  844-cü 

maddəsi) bu prinsipi qəbul etmişdir. 

Qonşuluq  hüququ  institutu  mülkiyyətçilər  arasında  hər  hansı  ixtilaf  və  mübahisəyə  yol  verilməsinə  imkan 

vermir. O, qonşuluq mənafelərinin uyğunlaşdırılmasını nəzərdə tutur. Almaniya mülki hüquq doktrinasına görə, 

qonşuluq hüququ institutuna aid edilən hüquq normalarının əsas təyinatı imkan dairəsində qonşuların sakit, 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   823   824   825   826   827   828   829   830   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin