Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə825/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   821   822   823   824   825   826   827   828   ...   1820
qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır, mülkiyyətçinin özünə məxsus əmlaka öz 

mülahizəsinə görə sahiblik, əmlakdan istifadə və onun barəsində sərənjam səlahiyyətlərini ifadə edir, bu 

səlahiyyətlərin başqa şəxsə verilə bilməsini, əmlakdan girov kimi və ya başqa üsulla istifadə edilə bilməsi-

ni, əmlakı mülkiyyət kimi və ya idarə etmək üçün başqa şəxsə verilə bilməsini, habelə əmlak barəsində 

qanuna zidd olmayan istənilən hərəkətlər edilməsini təmin edir. Mülkiyyətçi bu hüquq əsasında əmlakdan 

hər hansı sahibkarlıq, təsərrüfat fəaliyyəti və ya qanunla qadağan edilməmiş başqa fəaliyyət üçün istifadə edə 

bilər. 

13. Mülkiyyət hüququnun məhdudlaşdırılması. Qonşuluq  

hüququ (qonşuluq etmə hüququ) 

Qanun  mülkiyyətçiyə  üçlü  səlahiyyət  verməklə  bərabər,  həm  də  bu  səlahiyyətlərin  həyata  keçirilməsinin 

hədlərini  müəyyən  edir.  Belə  hədlərin  nəzərdə  tutulması  əmlak  münasibətlərinin  tənzimlənməsinin  ən  vacib 

üsuludur. 

Mülkiyyətçi ona mənsub olan əmlakı barəsində öz mülahizəsi ilə istənilən hərəkəti edə bilər. Ona verilən sə-

lahiyyətin həjminə görə nisbətən daha geniş və tam əşya hüququ olan mülkiyyət hüququ qeyri-məhdud (tam su-

veren) xarakterə malik deyil. Belə ki, qanunda və ya müqavilədə nəzərdə tutulan hallarda mülkiyyət hüququnun 

həyata keçirilməsi məhdudlaşdırıla bilər (MM-in 152-ci maddəsinin 5-ci bəndi). Qanun iki halda mülkiyyətçi-

nin ona mənsub olan əmlakı barəsində öz mülahizəsi ilə istənilən hərəkəti etmək imkanını məhdudlaşdırır

digər şəxslərin (qonşuların, üçüncü şəxslərin) hüquqlarının pozulduğu halda; hüquqdan sui-istifadə etdiyi halda 

(MM-in 152-ci maddəsinin 6-cı bəndi). Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına yalnız və yalnız ziyan 

vurmaq niyyəti ilə istifadə edilməsini ifadə edir. Məsələn, vətəndaş öz torpaq sahəsində tikili ujaldır və bununla 

qonşunun evinə düşən işığın qarşısını alır. Bu, mülkiyyət hüququndan sui-istifadədir. 

Mülkiyyətçi hüquqlarını gerçəkləşdirərkən vətəndaşların sağlamlığına və  ətraf mühitə ziyan vurmamalıdır. 

O, qonşularına və üçüncü şəxslərə narahatlıq gətirən bütün hərəkətlərdən çəkinməlidir. O, əmlakdan yalnız qa-

nunla qadağan edilməmiş fəaliyyət üçün istifadə edə bilər. Konstitusiya mülkiyyətdən insan və vətəndaş hüquq-

ları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməsini ya-

saqlayır (Konstitusiyanın 13-cü maddəsinin 3-cü bəndi). 

Bu,  dünyanın  bütün  hüquq  sistemləri  üçün  ümumi  olan  vacib  prinsipə  uyğun  gəlir.  Həmin  prinsipə  görə, 

mülkiyyətçi ona məxsus olan əmlakdan üçüncü şəxslərə və ya bütövlükdə cəmiyyətə mühüm və əsassız zərər 

vurmaqdan çəkinmək vəzifəsi daşıyır. Bu prinsip Almaniya Mülki Qanunnaməsinin 823-cü paraqrafında, Fran-

sa Mülki Məcəlləsinin 1382-ci maddəsində,  taliya Mülki Məcəlləsinin 2043-cü maddəsində ifadə olunmuşdur. 

O,  öz  əksini  ingilis-amerikan  (ümumi)  hüquq  sistemində  də  (zərər  haqqında  delikt  hüququnda,  yəni  tort  of 

niisance)  tapmışdır.  Göstərilən  prinsip  bütün  cəmiyyət  üzvləri  qarşısında  mülkiyyətçilərin  hüquqi  məsuliyyət 

daşıması qaydasını müəyyənləşdirir. Göründüyü kimi, onu bizim ölkə qanunvericiliyi də nəzərdə tutur. 

Mülkiyyətçinin istifadə səlahiyyətinə görə, o, öz əmlakından istifadə etməyə də bilər. Mülkiyyətçi əmlakdan 

istifadə etməməklə, məlum məsələdir ki, ona qulluq göstərmir. Amma bu hal, yəni əmlakdan istifadə edilməmə-



 

263


si, ona qulluq göstərilməməsi ictimai mənafeyə zidd olmamalıdır. Əgər göstərilən həmin hallar ictimai mənafe-

yə ziyan vurarsa, mülkiyyətçinin hüquqları məhdudlaşdırılır. Ziyan isə o halda vurula bilər ki, mülkiyyətçi tərə-

findən istifadə və qulluq olunmayan əmlak digər şəxslərin istifadəsinə verilsin (MM-in 152-ci maddəsinin 7-ci 

bəndi). Axı, bu cür əmlakın zərər vurmaq ehtimalı vardır. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   821   822   823   824   825   826   827   828   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin