qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır, mülkiyyətçinin özünə məxsus əmlaka öz
mülahizəsinə görə sahiblik, əmlakdan istifadə və onun barəsində sərənjam səlahiyyətlərini ifadə edir, bu
səlahiyyətlərin başqa şəxsə verilə bilməsini, əmlakdan girov kimi və ya başqa üsulla istifadə edilə bilməsi-
ni, əmlakı mülkiyyət kimi və ya idarə etmək üçün başqa şəxsə verilə bilməsini, habelə əmlak barəsində
qanuna zidd olmayan istənilən hərəkətlər edilməsini təmin edir. Mülkiyyətçi bu hüquq əsasında əmlakdan
hər hansı sahibkarlıq, təsərrüfat fəaliyyəti və ya qanunla qadağan edilməmiş başqa fəaliyyət üçün istifadə edə
bilər.
13. Mülkiyyət hüququnun məhdudlaşdırılması. Qonşuluq
hüququ (qonşuluq etmə hüququ)
Qanun mülkiyyətçiyə üçlü səlahiyyət verməklə bərabər, həm də bu səlahiyyətlərin həyata keçirilməsinin
hədlərini müəyyən edir. Belə hədlərin nəzərdə tutulması əmlak münasibətlərinin tənzimlənməsinin ən vacib
üsuludur.
Mülkiyyətçi ona mənsub olan əmlakı barəsində öz mülahizəsi ilə istənilən hərəkəti edə bilər. Ona verilən sə-
lahiyyətin həjminə görə nisbətən daha geniş və tam əşya hüququ olan mülkiyyət hüququ qeyri-məhdud (tam su-
veren) xarakterə malik deyil. Belə ki, qanunda və ya müqavilədə nəzərdə tutulan hallarda mülkiyyət hüququnun
həyata keçirilməsi məhdudlaşdırıla bilər (MM-in 152-ci maddəsinin 5-ci bəndi). Qanun iki halda mülkiyyətçi-
nin ona mənsub olan əmlakı barəsində öz mülahizəsi ilə istənilən hərəkəti etmək imkanını məhdudlaşdırır:
digər şəxslərin (qonşuların, üçüncü şəxslərin) hüquqlarının pozulduğu halda; hüquqdan sui-istifadə etdiyi halda
(MM-in 152-ci maddəsinin 6-cı bəndi). Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına yalnız və yalnız ziyan
vurmaq niyyəti ilə istifadə edilməsini ifadə edir. Məsələn, vətəndaş öz torpaq sahəsində tikili ujaldır və bununla
qonşunun evinə düşən işığın qarşısını alır. Bu, mülkiyyət hüququndan sui-istifadədir.
Mülkiyyətçi hüquqlarını gerçəkləşdirərkən vətəndaşların sağlamlığına və ətraf mühitə ziyan vurmamalıdır.
O, qonşularına və üçüncü şəxslərə narahatlıq gətirən bütün hərəkətlərdən çəkinməlidir. O, əmlakdan yalnız qa-
nunla qadağan edilməmiş fəaliyyət üçün istifadə edə bilər. Konstitusiya mülkiyyətdən insan və vətəndaş hüquq-
ları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməsini ya-
saqlayır (Konstitusiyanın 13-cü maddəsinin 3-cü bəndi).
Bu, dünyanın bütün hüquq sistemləri üçün ümumi olan vacib prinsipə uyğun gəlir. Həmin prinsipə görə,
mülkiyyətçi ona məxsus olan əmlakdan üçüncü şəxslərə və ya bütövlükdə cəmiyyətə mühüm və əsassız zərər
vurmaqdan çəkinmək vəzifəsi daşıyır. Bu prinsip Almaniya Mülki Qanunnaməsinin 823-cü paraqrafında, Fran-
sa Mülki Məcəlləsinin 1382-ci maddəsində, taliya Mülki Məcəlləsinin 2043-cü maddəsində ifadə olunmuşdur.
O, öz əksini ingilis-amerikan (ümumi) hüquq sistemində də (zərər haqqında delikt hüququnda, yəni tort of
niisance) tapmışdır. Göstərilən prinsip bütün cəmiyyət üzvləri qarşısında mülkiyyətçilərin hüquqi məsuliyyət
daşıması qaydasını müəyyənləşdirir. Göründüyü kimi, onu bizim ölkə qanunvericiliyi də nəzərdə tutur.
Mülkiyyətçinin istifadə səlahiyyətinə görə, o, öz əmlakından istifadə etməyə də bilər. Mülkiyyətçi əmlakdan
istifadə etməməklə, məlum məsələdir ki, ona qulluq göstərmir. Amma bu hal, yəni əmlakdan istifadə edilməmə-
263
si, ona qulluq göstərilməməsi ictimai mənafeyə zidd olmamalıdır. Əgər göstərilən həmin hallar ictimai mənafe-
yə ziyan vurarsa, mülkiyyətçinin hüquqları məhdudlaşdırılır. Ziyan isə o halda vurula bilər ki, mülkiyyətçi tərə-
findən istifadə və qulluq olunmayan əmlak digər şəxslərin istifadəsinə verilsin (MM-in 152-ci maddəsinin 7-ci
bəndi). Axı, bu cür əmlakın zərər vurmaq ehtimalı vardır.
Dostları ilə paylaş: |