qi məhdudlaşdırma vasitəsidir. Qərb hüququnda o, əsas anlayışlardan biri hesab edilir. Almaniyada qonşuluq
hüququ (Nachbarrecht) torpaq mülkiyyətinin hüquqi tənzimlənmə prosesində xüsusi yer tutur. Almaniya Mülki
Qanunnaməsinin 906-cı, 907-ci, 908-ci, 909-cu və sair paraqrafları qonşuluq münasibətlərini qaydaya salır.
Qonşuluq hüququ institutu Yaponiya mülki hüququna da məlumdur. Yaponiya Mülki Məcəlləsinin 209-235-ci
maddələri qonşuluq əlaqələrinin mülki-hüquqi tənzimlənməsinə həsr edilmişdir.
Qonşuluq hüququ institutunun müəyyən etdiyi əsas qayda ondan ibarətdir ki, mülkiyyətçilər öz hüquqlarını
həyata keçirərkən ağlabatan hərəkət etməlidirlər. Həmin qaydanın əsasını «mənafelərin tarazlaşdırılması» (yəni
mülkiyyətçinin mənafeyi ilə qonşuların mənafelərinin uyğunlaşdırılması) prinsipi təşkil edir ki, bu prinsip XIX
ə
srin axırlarında tanınmış alman hüquqşünası Rudolf fon erinq tərəfindən təklif olunmuşdur. Bəzi ölkələrin
qanunvericiliyi (Almaniya MQ-nin 906-cı paraqrafı, sveçrə MM-in 648-ci maddəsi, taliya MM-in 844-cü
maddəsi) bu prinsipi qəbul etmişdir.
Qonşuluq hüququ institutu mülkiyyətçilər arasında hər hansı ixtilaf və mübahisəyə yol verilməsinə imkan
vermir. O, qonşuluq mənafelərinin uyğunlaşdırılmasını nəzərdə tutur. Almaniya mülki hüquq doktrinasına görə,
qonşuluq hüququ institutuna aid edilən hüquq normalarının əsas təyinatı imkan dairəsində qonşuların sakit,
Dostları ilə paylaş: |