11. Sərənjam vermək səlahiyyəti
Sərənjam səlahiyyəti əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş
imkanıdır (MM-in 152-ci maddəsinin 4-cü bəndi). Bu səlahiyyət vasitəsilə əşyanın hüquqi və faktiki cəhətdən
taleyinin müəyyən olunması imkanı ifadə edilir. Sərənjam elə bir hərəkətdir ki, bununla mülkiyyət hüququ ya-
ranır, dəyişir və ya xitam olunur. Başqa sözlə desək, sərənjam aktı əşyanın məxsusluğunu, vəziyyətini və ya tə-
yinatını dəyişdirməyə yönələn hüquqi faktdır. Müqavilə üzrə (məsələn, alqı-satqı, bağışlama, dəyişmə və s. mü-
qavilələr üzrə) əmlakın özgəninkiləşdirilməsi, onun vərəsəlik qaydasında vərəsələrə verilməsi, ya da məhv edil-
məsi sərənjam səlahiyyətinin həyata keçirilməsini ifadə edir.
Mülkiyyətçi ona məxsus olan əşyanı məhv edə bilər. Məsələn, köhnəlmiş minik avtomobilinin sahibi həmin
avtomobili ehtiyat hissələrinə ayırmaqla onu məhv edir. Bu akt mülkiyyətçinin sərənjam səlahiyyətinin həyata
keçirilməsini ifadə edir. Hüquq ədəbiyyatında mülkiyyətçinin özünə məxsus olan əşyanı məhv etməyə yönələn
hüquqi hərəkətini mülkiyyət hüququnu xitam edən birtərəfli əqd hesab edirlər. Bu barədə başqa fikir də söyləni-
lir. Müəlliflərdən D.M.Genkin göstərir ki, əşyanın məhv edilməsini sərənjam aktı hesab etmək olmaz. Ona görə
ki, sərənjam əşyanın özünün ləğv edilməsinə yox, həmişə onun hüquqi vəziyyətinin dəyişməsinə, onun hüquqi
taleyinin müəyyən edilməsinə yönəlir.
Əş
yanın məhv edilməsinin iki üsulu fərqləndirilir: əşyanın qəsdən bilə-bilə məhv edilməsi (məsələn, atmaq,
tullamaq); əşyanın istehlakı nəticəsində məhv edilməsi (məsələn, ərzaq məhsullarının istehlakı). Birinci halda
edilən hərəkət əşya üzərində sərənjam verməni ifadə edir. kinci halda mülkiyyətçinin iradəsi hüquqi nəticə əldə
edilməsinə yönəlmir və buna görə də bunu sərənjam hərəkəti hesab etmək olmaz. Xüsusi olaraq mülkiyyət hü-
ququnun xitam edilməsinə yönəlməyən həmin hərəkət hüquqi əməldir. Müəlliflərdən bəziləri xüsusi olaraq əş-
yanın məhv edilməsinə yönələn istehlakı sərənjam hərəkəti hesab edirlər.
Belə təsəvvür yaranır ki, mülkiyyət hüququnun xitam olunmasına səbəb olduğuna görə əşyanın qəsdən bilə-
bilə məhv edilməsinə yönələn istehlak sərənjam vermək hərəkətini ifadə edir; əgər mülkiyyətçi xüsusi olaraq
ə
mlak üzərində mülkiyyət hüququnun ləğv olunmasını istəyərsə, həmin əmlakın qəsdən bilə-bilə məhv olunma-
sını arzu edərsə və bundan ötrü onu istehlak edərsə, bu, sərənjam vermə deməkdir. Sərənjam vermək hərəkəti,
ümumiyyətlə, əşyanın mülkiyyətçinin təsərrüfat sferasından (müvəqqəti və ya həmişəlik olaraq) çıxarılmasını
göstərir.
Sərənjam vermək səlahiyyəti mülkiyyətçini xüsusən də belə bir hüquqi imkanla təmin edir ki, o, əmlakı ba-
rəsində istənilən mülki-hüquqi əqd bağlaya bilər. Bu əqd ilk növbədə, əmlakın salamat qalmasının təmin edil-
məsinə yönələ bilər (məsələn, sığorta müqaviləsi bağlamaq). Mülkiyyətçi həm də sərənjam əqdləri bağlaya bi-
lər ki, bu əqdlərin köməyi ilə o, əmlakını özgəninkiləşdirir. Buna görə onlara özgəninkiləşdirmə əqdləri də de-
yilir. Məsələn, alqı-satqı, bağışlama və dəyişmə müqavilələri bağlamaq, vəsiyyət etmək və s. belə əqdlərə mi-
saldır. Əmlakı girov qoymaq və kirayəyə vermək də sərənjam əqdləri hesab edilir.
Beləliklə, sərənjam səlahiyyəti dedikdə, əşyanın hüquqi taleyini və müqəddəratını həll etməyə yönələn
mümkün olan subyektiv hüquq başa düşülür. Sərənjam hüququ qanunla qorunan elə bir imkandır ki, bununla
əş
yanın hüquqi «aqibəti və taleyi» müəyyən edilir.
Sahiblikdən, istifadə etməkdən və sərənjam verməkdən ibarət olan üçlü səlahiyyət mülkiyyətçiyə verilən bü-
261
tün imkanları əhatə və ifadə edir. Üçlü səlahiyyətə başqa səlahiyyət də əlavə edilməsinə nəzəri cəhətdən təşəb-
büs edilmişdir. Məsələn, idarə etmək səlahiyyətini bəzi müəlliflər müstəqil səlahiyyət kimi üçlüyə daxil etməyə
cəhd göstərmişlər. Lakin göstərilən bütün təşəbbüs və cəhdlər müvəffəqiyyətsizliyə uğramışdır.
Qeyd etmək lazımdır ki, üçlü səlahiyyət barədə məsələ mülki hüquq elmində ən çox müzakirə edilən və mü-
bahisə doğuran məsələlərdən biri hesab olunur. Hüquq ədəbiyyatında belə bir fikir söylənilir ki, mülkiyyət hü-
ququnun məzmununu xarakterizə etmək üçün ənənəvi üçlü səlahiyyət «kifayət etmir», mülkiyyətçinin özünə
məxsus əmlaka sahiblik, əmlakdan istifadə və onun barəsində sərənjam səlahiyyətlərini müəyyən edən siyahı
universal əhəmiyyətə malik deyildir. Mülkiyyət hüququnu sahiblik, istifadə və sərənjam səlahiyyətlərinin
məcmusu ilə eyniləşdirmək olmaz (S.N.Bratus). Əşya üzərində həbs qoyulanda üç səlahiyyət bütövlükdə itir və
belə halda mülkiyyət hüququnun mahiyyəti barədə nə demək olar? (A.V.Venediktov tərəfindən başlanılmış və
geniş surətdə yayılan mübahisə). Üçlüyün elementlərindən birinə oxşamayan səlahiyyəti mülkiyyət hüququna
daxil etmək imkanını və ya üçlüksüz mülkiyyət hüququnun mövcudluğu imkanını sübut etmək olarmı? XIX
ə
srdə Almaniya Mülki Qanunnaməsi qəbul ediləndə qəti olaraq müəyyən edilmişdi: «mülkiyyət ayrı-ayrı səla-
hiyyətlərin məcmusu deyildir»; bu onu ifadə edir ki, mülkiyyətin hüquqi məzmununu təşkil edən səlahiyyətləri
qanunvericilik qaydasında göstərmək olmaz; mülkiyyətçi öz əmlakı barəsində istənilən səlahiyyətə malikdir.
Beləliklə, hüquq ədəbiyyatında üçlük problemi böyük əhəmiyyətə malik olan məsələdir. Bu məsələ hətta
dünya ölkələrinin qanunvericiliyi tərəfindən mülkiyyətə verilən leqal anlayış və təriflərdə öz əksini tapır. Qeyd
etməliyik ki, sahiblik, istifadə və sərənjam səlahiyyətləri bir-biri ilə qarşılıqlı surətdə bağlı və əlaqəlidir; onlar
yalnız tam halında, birlikdə götürüldükdə subyektiv mülkiyyət hüququnun məzmununu təşkil edir. Subyektiv
mülkiyyət hüququ öz məzmunu baxımından həmin səlahiyyətlərin hamısını ümumiləşdirilmiş şəkildə ifadə
edir. Odur ki, subyektiv mülkiyyət hüququnun məzmunu məhz məcmu halında göstərilən səlahiyyətlərlə bitir,
nejə deyərlər, tükənir. Başqa sözlə desək, sahiblik, istifadə və sərənjam səlahiyyətləri subyektiv mülkiyyət hü-
ququnun qəti olaraq müəyyənləşdirilmiş elementləridir; oraya əlavə olaraq başqa hər hansı səlahiyyət (element)
daxil etmək olmaz. Hətta XX əsrin ortalarında əvvəljə ingilis-amerikan hüququ, sonra isə kontinental hüquq öl-
kələrində belə bir konsepsiya irəli sürüldü və geniş yayıldı ki, başqa səlahiyyətlər (məsələn, əmlakı idarə etmək
səlahiyyəti; əmlakdan gəlir götürmək səlahiyyəti; zərərə səbəb olan əmlak istifadəsini qadağan etmək səlahiy-
yəti və s.) daxil etməklə üçlü səlahiyyət tamamlansın. Lakin həmin səlahiyyətlər öz məzmununa görə müstəqil
səlahiyyətlər deyil; onlar mahiyyətjə, artıq mülkiyyətçiyə verilmiş sahiblik, istifadə və ya sərənjam səlahiyyət-
lərinin həyata keçirilmə üsulları, mülkiyyət hüququnun realizə formalarıdır; bu səlahiyyətlər mülkiyyət hüququ-
nun məzmununu təşkil edən elementlər hesab olunmur. Buna görə də göstərilən səlahiyyətlər inkişaf etmiş öl-
kələrin qanunvericiliyində praktiki olaraq öz normativ ifadəsini tapmadı.
Dostları ilə paylaş: |