səlahiyyəti adlanır. O özü iki cür olur: məhdud əşya hüququ subyektlərinin sahiblik səlahiyyəti (məsələn,
əş
yanı girov saxlayanın, uzufruktuarın, yəni əşyadan istifadə edən şəxsin sahiblik səlahiyyəti); öhdəlik hüququ
subyektlərinin sahiblik səlahiyyəti (məsələn, icarəçinin icarəyə götürdüyü əşyaya sahiblik səlahiyyəti, daşıyı-
cının daşıdığı və başqa şəxsə məxsus olan yükə sahiblik səlahiyyəti, podratçının ona təmir üçün verilmiş əşyaya
sahiblik səlahiyyəti və s.).
Mülkiyyətçinin sahibliyi ilkin və müstəqil sahiblik, başqa şəxslərin sahibliyi isə törəmə sahiblikdir. Titul sa-
hibliyi, yəni mülkiyyətçi olmayan şəxsin sahibliyi mülkiyyət hüququndan törəyir.
Bununla bərabər, qeyd etmək lazımdır ki, əşyaya sahiblik bütün hallarda hüquqla qorunmur və mühafizə
edilmir. Məsələn, mülki dövriyyədə istifadə olunması qadağan edilən (mülki dövriyyə qabiliyyəti olmayan) ob-
yektlər vətəndaşın faktiki sahibliyində olarsa, həmin obyekt vətəndaşdan dərhal alınır.
Dostları ilə paylaş: |