10. stifadə etmək səlahiyyəti
stifadə səlahiyyəti əmlakdan (əşyadan) onun faydalı təbii xüsusiyyətlərini hasil etməyin, habelə ondan fay-
da götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (MM-in 152-ci maddəsinin 3-cü bəndi). Bu səlahiyyət
ə
sasında fiziki şəxs əşyadan istifadə etməklə öz maddi və mənəvi tələbatını ödəyir (öz mənzilində yaşayır, avto-
mobildə gedir, ayaqqabı geyinir və s.), hüquqi şəxslər isə xammal və materialları emal etməklə müəyyən mal
istehsal edir. Belə təsəvvür yaranır ki, əşyadan istifadə etmək əşyaya münasibətdə şəxsin öz mənafeyi üçün hə-
rəkət etməsini (müxtəlif ehtiyacı və tələbatı ödəmək, fayda götürmək, gəlir, artım və bəhər əldə etmək, məhsul
istehsal etmək və s.), onun köməyi ilə istehsal və ya istehlak ehtiyaclarının ödənilməsini, əşyanın sosial-təsərrü-
fat təyinatına uyğun olaraq istismar edilməsini ifadə edir. stifadə səlahiyyəti ya şəxsi ehtiyacları təmin etməklə,
ya da iqtisadi-təsərrüfat məqsədləri ilə bağlı ola bilər.
Əş
yadan istifadəni şərtləndirən və ifadə edən hərəkət üsulları iki cür olur: istehsal və ya digər fəaliyyətə yö-
nələn hərəkət üsulu (istehsal istehlakı prosesi); şəxsi istehlaka yönələn hərəkət üsulu (şəxsi istehlak prosesi).
Bu üsullardan hər hansı birinin tətbiq olunması əşyanın növündən asılıdır. stehlak olunmayan əşyalar (məsə-
lən, istifadə prosesində itməyən, lakin tədrijən köhnələn, yəni amortizasiya edən istehsal vasitələri, dəzgahlar,
avadanlıqlar, cihazlar və s.) istifadə obyekti olarsa, belə halda əşyadan istifadə dedikdə, onun istehsal və ya digər
fəaliyyət məqsədlərinin həyata keçirilməsində tətbiq edilməsi başa düşülür. stehlak olunan əşyalar (yanajaq, ər-
zaq məhsulları, xammal və s.) istifadə obyekti olarsa, belə halda əşyadan istifadə həmin əşyanın əvvəlki vəziyyət-
də mövcud olmasına son qoyulmasına, habelə onun başqa vəziyyətə gətirilməsinə yönələn hərəkətləri ifadə edir.
260
Məsələn, xammaldan məmulat hazırlanır və s. Özü də belə halda əmlaka faktiki sərənjam verilir.
Hər bir mülki hüquq subyekti əşyadan istifadə səlahiyyəti əldə etmək hüququna malikdir. Bu məqsədlə qa-
nun onlar üçün müəyyən hərəkətlər etmək imkanı müəyyən edir. Lakin bu imkanın həjmi bütün subyektlər üçün
eyni deyildir. stifadə səlahiyyətinin başqa şəxsə keçməsinin ən geniş yayılmış mülki-hüquqi üsulu əqdlərdir
Dostları ilə paylaş: |