12. Mülkiyyət hüququnun anlayışı
Mülkiyyət hüququ anlayışı öz mənbəyini Roma hüququndan götürmüşdür. Torpaq üzərində mülkiyyət hüqu-
qu xüsusilə bu hüququn inkişafına böyük təsir göstərmişdi. Romada mülkiyyət hüququnu bildirmək üçün
«dominium» termini, təxminən respublika dövründən başlayaraq isə «proprietas» termini tətbiq edilmişdi.
Roma hüquqşünasları mülkiyyət hüququnun dəqiq tərifini verməmişdilər. Mülkiyyətə, sadəjə olaraq, şəxs
(mülkiyyətçi) olmayan və ya dövriyyə qabiliyyətli hər cür əşya kimi baxılırdı. Onlar yalnız mülkiyyət hüququ-
nun məzmununu (elementlərini), yəni mülkiyyətçinin səlahiyyətlərini müəyyən etmişdilər. Mülkiyyətçi özünə
məxsus olan əşya barəsində aşağıdakı hüquqlara malik idi: əşyadan istifadə hüququ (ius utendi); əşyadan gəlir,
bəhər almaq hüququ (ius fruendi); sərənjam hüququ (ius abutendi).
Roma hüququ mülkiyyət hüququnun elementlərinin, yəni mülkiyyətçinin ayrı-ayrı səlahiyyətlərinin siyahısı-
nı qəti olaraq müəyyən etmirdi. Bu, onunla şərtlənirdi ki, Roma hüququna görə, mülkiyyətçi özünə məxsus olan
əş
ya barəsində qanunla birbaşa qadağan edilməyən hər şey edə bilərdi.
Roma hüquqşünasları vahid mülkiyyət anlayışı, mülkiyyət hüququ sahəsində dəqiq hüquqi termin işləyib ha-
zırlamasalar da, onların mülkiyyət hüququnun elementləri barəsində müəyyən etdikləri qayda müasir
qanunvericiliyin prinsipial əsasını təşkil edir. Dünya hüquq mədəniyyətinin ilkin mənbələrindən biri olan Roma
hüququnda mülkiyyət barədə işlənib hazırlanmış müddəalar bütün hüquq sistemləri, o cümlədən Azərbaycan
Respublikasının mülki hüququ tərəfindən qəbul edilmişdir.
Mülkiyyət hüququna uğurlu anlayış vermək qanunvericiliyin və sivilistika doktrinasının həmişə diqqət mər-
kəzində olmuşdur. Uilyam Blekston XVIII əsrin axırlarında yazdığı traktatda göstərirdi ki, mülkiyyət hüququna
fərdin əşyaya təkbaşına və öz istəyinə uyğun yiyəlik etməsi kimi baxmaq lazımdır. Fransanın 1804-cü il MM-
inin (Napoleon Məcəlləsinin) mülkiyyətə verdiyi məşhur anlayış, demək olar ki, XIX əsrdə sivilistika doktrina-
sında geniş yayılmışdı. Bu anlayış mülkiyyətin əşyadan istifadə və ona sərənjam vermək hüququ olmasını nə-
zərdə tutur ki, bu, mahiyyətjə əşyaya tam yiyəliyi ifadə edir. O dövrdə alman sivilisti Fridrix Karl fon Savinyi
mülkiyyət hüququnun nisbətən uğurlu anlayışlarından birini təklif etdi: mülkiyyət hüququ əmlak üzərində şəx-
262
sin qeyri-məhdud və müstəsna yiyəlik etməsidir. Başqa alman sivilisti Dernburq mülkiyyət hüququna əşya üzə-
rində ümumi yiyəlik hüququ kimi anlayış verirdi.
nqilabaqədərki rus sivilistləri də mülkiyyət hüququna anlayış verməyə təşəbbüs göstərirdilər. Onların bu ba-
rədə irəli sürdükləri doktrinal fikirlər, əsasən, alman mülki hüquq doktrinasına əsaslanırdı. K.Pobedonostsevə
görə, mülkiyyət hüququ müstəsna və tam yiyəlik hüququdur. D. .Meyer mülkiyyət hüququna şəxsin əşya üzə-
rində tam yiyəliyi kimi anlayış verirdi.
Mülkiyyət hüququna sovet dövrünün hüquq ədəbiyyatı səhifələrində də anlayış verilmişdir. A.V.Venediktov
mülkiyyət hüququna «əşya üzərində hər şeyi əhatə edən, ali, nisbətən tam, qeyri-məhdud, mütləq yiyəlik hüqu-
qu» kimi anlayış verirdi. Onun fikrinjə, mülkiyyət hüququ ixtiyar və mənafe əsasında əşyadan istifadə etmək
hüququdur.
Xarici ölkələrin sivilistika doktrinası da mülkiyyət hüququna anlayış verilməsinə xüsusi əhəmiyyət verir.
Yaponiya mülki hüquq doktrinası mülkiyyət hüququna əşya üzərində tam yiyəlik hüququ kimi anlayış verir. Al-
maniya sivilistika doktrinasında göstərilir ki, mülkiyyət obyektlərin məcmusu (subyektin əmlakı, müəssisəsi)
olmayan, tək-tək maddi daşınar və ya daşınmaz əşya üzərində bilavasitə hüquqi (faktiki yox) yiyəlik etməkdir.
Alman alimi professor Q.Y.Villinq yazır ki, mülkiyyət əşyaya aid olan insan azadlığı deməkdir. ngilis hüquq-
ş
ünası Metkolfun fikrinjə, mülkiyyət sahib olma və yiyəliyin obyekti olan əşyadır.
Ümumiyyətlə, bütün hüquq sistemlərində biz mülkiyyət hüququna anlayış verilməsinə rast gələ bilərik. Bu an-
layışlar bir-birini istisna etmir. Əksinə, onlar bir-birini tamamlayaraq, mülkiyyət hüququ kimi vacib hüquqi hadi-
sənin mahiyyətinin aydınlaşdırılmasına imkan verir. Ona biz də doktrinal (elmi) anlayış veririk.
Beləliklə, mülkiyyət hüququ dedikdə, elə bir subyektiv mülki hüquq başa düşülür ki, bu hüquq
Dostları ilə paylaş: |