Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə832/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   828   829   830   831   832   833   834   835   ...   1820
ödəməyə borclu olmasından ibarətdir. Müəssisələrin vergitutma obyektləri onların balansında olan əsas vəsa-

itlər və avtonəqliyyat vasitələri, fiziki şəxslərin vergitutma obyektləri isə bina, avtonəqliyyat vasitələri, habelə 

su və hava nəqliyyat vasitələridir (gəmi, kater, mühərrikli yaxta və qayıq, vertolyot və təyyarə). əssisələr-

dən və fiziki şəxslərdəəmlak vergisinin hesablanma və ödənilməsi qaydası  «Əmlak vergisi haqqında»  24 

mart 1995-ci il tarixli qanunla müəyyən edilirdi.  ndi bu məsələ Vergi Məcəlləsi ilə (XIII fəsil) qaydaya salınır. 

Torpağın mülkiyyətçisindən torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Torpaq vergisinin tutulması ob-

yekti  mülkiyyətə  və  istifadəyə  verilmiş  torpaq  sahələridir.  Bu  cür  verginin  müəyyən  edilməsi  və  ödənilməsi 

«Torpaq vergisi haqqında» 24 dekabr 1996-cı il tarixli qanunla qaydaya salınırdı. Hal-hazırda bu məsələ Vergi 

Məcəlləsi (XIV fəsil) ilə tənzimlənir. 

Qanunda  və  ya  müqavilədə  nəzərdə  tutulduğu  hallarda  mülkiyyətçinin  əmlakın  saxlanılması  yükünü  daşı-

maqla əlaqədar xərjlərin və ondan tutulan vergilərin ödənilməsi vəzifəsi başqa şəxslərə həvalə edilə bilər. Mə-

sələn, müqavilədə nəzərdə tutularsa, icarəyə verilən torpağın yükləmələrini və ondan tutulan dövlət vergilərini 

icarəyə verən yox, icarəçi ödəyə bilər (MM-in 709-cu maddəsi). 

Ə

mlakın saxlanılması yükü onun təsadüfi məhv (tələf) olması və ya xarab olması (zədələnməsi) risqi ilə 



sıx surətdə bağlıdır. Belə ki, bu risq mülkiyyətçinin əmlakı saxlamaq yükünün tərkib hissəsini təşkil edir. MM-

in  152-ci  maddəsinin  10-cu  bəndinə  görə,  təsadüfi  tələf  və  xarab  olma  risqi,  qanunda  və  ya  müqavilədə  ayrı 

qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçinin üzərinə düşür. Əmlakın təsadüfən tələf və ya xarab olmasını şərt-

ləndirən hallar müxtəlif ola bilər: yanğın; zəlzələ; tufan; qasırğa; təbii fəlakət və s. hallar. Bu hallardan birinin 

baş verməsi nəticəsində əmlak tələf və ya xarab olarsa, tələf və ya xarab olma üçün risq mülkiyyətçinin üzərinə 

düşür. 


Ə

qd əsasında özgəninkiləşdirmə qaydasında (alqı-satqı, bağışlama, dəyişmə və s. müqavilələr) əmlak başqa 

şə

xsin mülkiyyətinə keçdikdə, əmlakın təsadüfən tələf və ya xarab olması üçün risq mülkiyyət hüququnun əmə-



lə  gəlməsi  ilə  eyni  vaxtda  bu  əmlakı  əldə  edən  şəxsin  üzərinə  düşür.  Bəzi  hallarda  əmlakı  özgəninkiləşdirən 

şə

xs (satıcı, mal göndərən, hədiyyə verən tərəf və s.) müəyyən səbəblərə görə əmlakın qarşı tərəfə təhvil veril-



məsini gecikdirə bilər. Elə məqamlar da ola bilər ki, əmlakı əldə edən tərəf əmlakın qəbul edilməsini ləngitsin. 

Belə hallarda təsadüfən tələf və ya xarab olma üçün risq əmlakın təhvil verilməsini gecikdirməyə və ya əmlakın 

qəbul edilməsini ləngitməyə yol verən şəxsin üzərinə düşür. 

Təsadüfi tələf və xarab olma üçün risq barədə qanunun müəyyən etdiyi norma dispozitiv xarakter daşıyır. Bu, 

onu ifadə edir ki, qanunla və ya müqavilə ilə təsadüfi tələf və ya xarab olma üçün risqin mülkiyyətçinin üzərinə 

yox, əmlakı qanun əsasında əldə edən şəxsin üzərinə düşməsi müəyyən edilə bilər. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   828   829   830   831   832   833   834   835   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin