Mülkiyyət hüququnun məhdudlaşdırılması mülkiyyətçinin xüsusi mənafeyi ilə bütövlükdə cəmiyyətin
ümumi (ictimai) mənafeyi arasındakı uyğunsuzluğu aradan qaldırmaq məqsədi güdür. Belə ki, mülkiyyətçinin
hüquqlarının məhdudlaşdırılması cəmiyyətin ümumi (ictimai), ayrı-ayrı şəxslərin, əsasən, qonşuların mənafeyi
mülahizələri ilə şərtlənir. Məlum məsələdir ki, mülkiyyətçi öz geniş məzmunlu mülkiyyət hüququnu həyata ke-
çirərkən onun mənafeyi ilə cəmiyyət üzvlərinin, hər şeydən əvvəl, qonşuların mənafeyi arasında uyğunsuzluq
yarana bilər. Məsələn, mülkiyyətçinin tikdiyi ev qonşunun evinə düşən işığın qabağını kəsir. Başqa bir misalda
mülkiyyətçi radioqəbuledicinin səsini həddindən artıq qaldırır və bununla qonşuların rahatlığını pozur. Başqa mi-
salda mülkiyyətçinin ağajda bitən meyvəsi qonşunun torpaq sahəsinə düşür və s.
Belə hallarda, şübhəsiz ki, qonşuların mənafelərinin təmin edilməsinə zərurət yaranır. Bu, mülki
qanunvericiliyin müəyyən etdiyi qonşuluq hüququ institutunun vasitəsi ilə qaydaya salınır və tənzimlənir. Bu
institutun əsas təyinatı mülkiyyətçinin öz mülkiyyət hüququnu ağlabatan, başqa şəxslərin mənafeyinə xələl gə-
tirmədən həyata keçirməsini təmin etməkdən ibarətdir. Qonşuluq hüququ mülkiyyət hüququnu mülki-hüqu-
Dostları ilə paylaş: |