(müqavilələrdir). Bu üsul mülkiyyət hüququnun hüdudlarından kənar qaydada istifadə səlahiyyətinin bir şəxs-
dən digərinə keçməsini şərtləndirir və bununla həmin səlahiyyət mülkiyyətçidən ayrılır. Müqavilə ilə istifadə
səlahiyyəti həm müddətli, həm də müddətsiz olaraq mülkiyyətçidən digər şəxsə verilə bilər. Belə müqavilələrə
icarə, əmlak kirayə və əmlakdan əvəzsiz istifadə müqavilələrini və b. misal göstərmək olar.
Sahiblik kimi istifadə də iki cür olur: qanuni istifadə; qeyri-qanuni istifadə. Qanuni istifadə odur ki, belə
halda mülkiyyətçi və ya digər titul sahibi əmlakdan istifadə üçün digər şəxsə icazə verir. Qeyri-qanuni istifadə
halında isə əmlak digər şəxsin istifadəsinə qüvvədə olan qanunvericiliyin pozulması ilə və digər şəxslərin hü-
quqlarının pozulması ilə keçir. Əmlakdan istifadə hüquqi əsasa (məsələn, mülkiyyətçi ilə bağlanmış müqavilə
ə
sasında və s.) malik olarsa, bu, titul istifadəsi adlanır.
stifadə səlahiyyətinə şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir (MM-in 152-ci maddəsinin
7-ci bəndi). Lakin mülkiyyətçinin əmlakdan istifadə etməməsi və ya ona qulluq etməməsi ictimai mənafeyə zidd
ola bilməz.
stifadə səlahiyyəti sahiblik səlahiyyəti ilə sıx bağlıdır. Belə ki, əşyadan istifadə hüququnu həyata keçirmək
üçün şəxs ilk növbədə ona sahiblik səlahiyyətinə malik olmalıdır.
Dostları ilə paylaş: |