3. Mülkiyyət hüququnun vərəsəlik qaydasında
(universal hüquq varisliyi) əldə edilməsi üsulu
Mülkiyyət hüququnun vərəsəlik qaydasında əldə edilməsi üsuluna görə fiziki şəxs öldükdə, ona məxsus olan
ə
mlaka mülkiyyət hüququ vəsiyyətə və ya qanuna uyğun olaraq vərəsəlik üzrə başqa şəxslərə keçir. Belə
halda mülkiyyət hüququ həm qanun üzrə vərəsəlik qaydasında, həm də vəsiyyət üzrə vərəsəlik qaydasında əldə
edilə bilər. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxsə (vərəsələrə) qanunun göstərişləri əsasında keçər-
sə, belə vərəsəlik qanun üzrə vərəsəlik adlanır. Belə vərəsəlik zamanı vərəsələr kateqoriyasına daxil edilir:
birinci növbə üzrə vərəsələr (ölənin uşaqları, ər və ya arvad, valideynlər və s.); ikinci növbə vərəsələr (ölənin
bacıları və qardaşları və s.); üçüncü, dördüncü və beşinci növbə vərəsələr. lk növbədə birinci növbə vərəsələr
vərəsəliyə çağırılırlar, yəni vərəsə olurlar. Özü də onların vərəsəlikdə payları bərabər olur. Məsələn, yaşayış evi
miras qoyanın (ölmüş şəxsin) qanun üzrə birinci növbə vərəsələri arasında bərabər paylarla bölünür. Bununla
onlar yaşayış evinə mülkiyyət hüququ əldə edirlər.
Birinci növbə vərəsələr olmadıqda, vərəsəliyə ikinci növbə vərəsələr çağırılır və îíëàð miras əmlak üzərində
mülkiyyət hüququ əldə edirlər. Məsələn, ölən vətəndaşın birinci növbə vərəsələri yoxdur. Belə halda onun qar-
daş və bacıları (yəni ikinci növbə vərəsələr) qanun üzrə vərəsə olurlar. Miras əmlak həmin şəxslərin mülkiyyəti-
nə keçir. Bu qayda ilə növbəlilik prinsipi əsasında digər növbə vərəsələr də vərəsəliyə çağırıla bilərlər.
Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymasın. Əgər o, ölməsi halı
üçün öz əmlakını və onun bir hissəsini həm vərəsələr sırasından, həm də qeyri-vərəsələr sırasından müəyyən
şə
xslərə vəsiyyət edərsə, onda qanun üzrə yox, vəsiyyət üzrə vərəsəlik yaranır. Bu zaman miras əmlak üzərin-
də vəsiyyət üzrə vərəsələr mülkiyyət hüququ əldə edirlər. Məsələn, miras qoyan şəxs öz yaşayış evini öz qonşu-
suna vəsiyyət edir. Belə halda həmin evə mülkiyyət hüququnu qonşu əldə edir. Qeyd etmək lazımdır ki, vəsiy-
286
yət üzrə vərəsə qismində həm dövlət, həm bələdiyyələr, həm hüquqi şəxslər, həm də fiziki şəxslər çıxış edə bi-
lərlər.
Vərəsəlik qaydasında mülkiyyət hüququnun əldə edilməsi üsulu Majarıstan, taliya, sveçrənin və digər ölkə-
lərin qanunvericiliyində nəzərdə tutulmuşdur. Bolqarıstanda 29 yanvar 1949-cu il tarixli vərəsəlik haqqında qa-
nun qəbul edilmişdir. Almaniya Mülki Qanunnaməsinin 5-ci kitabı bütövlükdə vərəsəlik hüququna həsr olun-
muşdur. taliyada vərəsəlik 1942-ci il MM-i ilə tənzimlənir. Fransada vərəsəlik məsələləri 1804-cü il MM-i ilə
qaydaya salınır. Xarici ölkələrin qanunvericiliyinin vərəsəlik barədə müddəaları Roma hüququna əsaslanır.
Vərəsəlik əsasında mülkiyyət hüququnun əldə edilməsinin konkret üsulları vərəsəlik hüququnun normaları
ilə müəyyən edilir. Vərəsəlik hüququ mülki hüququn yeddi yarımsahəsindən biridir. MM-in xüsusi hissəsinin
dördüncü bölməsi vərəsəlik hüququna həsr edilmişdir. Ölən şəxsin malik olduğu əmlakın vərəsəlik qaydasında
onun vərəsələrinə keçməsi, vərəsələrin bu əmlak üzərində mülkiyyət hüququ əldə etmələri ilə əlaqədar məsələ-
lərin geniş işıqlandırılması kitabın «Vərəsəlik hüququ» adlı fəslində nəzərdə tutulduğuna görə biz bu barədə ge-
niş söhbət açmağı lazım bilmirik.
Dostları ilə paylaş: |